Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 15

Lutun arvadı geriyə baxır

Lutun arvadı geriyə baxır

LUT və ailəsi İbrahimlə birlikdə Kənan torpağında yaşayırdı. Bir gün İbrahim Luta deyir: ‘Bütün heyvanlarımız üçün burada kifayət qədər yer yoxdur. Nə olar, gəl ayrılaq. Sən sağa getsən, mən sola gedərəm’.

Lut torpağı gözdən keçirir. O, bol suyu və heyvanları üçün yaxşı otlaqları olan gözəl bir yer görür. Bu, İordan düzənliyidir. Lut ailəsi və heyvanları ilə birlikdə oraya köçür, axırda isə Sodom adlı şəhərdə yaşamağa başlayır.

Sodomun sakinləri olduqca pis idilər. Lut isə yaxşı insan idi və qonşularının pis olması onu çox kədərləndirirdi. Bu, Allahı da kədərləndirirdi. Bir gün O, Sodomu və qonşuluqda yerləşən Homorra şəhərini pisliyinə görə məhv etmək qərarına gəlir. Buna görə də, Lutu xəbərdar etmək üçün yanına iki mələk göndərir.

Mələklər Luta deyirlər: ‘Tələs! Arvadını və iki qızını da götürüb şəhərdən çıx!’ Lut və ailəsi bir qədər yavaş tərpəndikləri üçün, mələklər əllərindən tutub, onları şəhərdən kənara çıxarmalı olurlar. Sonra mələklərdən biri deyir: ‘Qaçın, canınızı qurtarın! Arxaya baxmayın! Təpələrə qaçın ki, sağ qalasınız’.

Lut və qızları sözə əməl edib Sodomdan qaçırlar. Onlar bir an belə dayanmır və arxaya baxmırlar. Amma Lutun arvadı mələklərə qulaq asmır. Sodomdan bir qədər aralandıqdan sonra ayaq saxlayıb, həsrətlə geriyə baxır. Bu zaman o, duz heykələ çevrilir. Şəkildə onu görürsən?

Bu hadisədən biz də çox şey öyrənə bilərik. Allah Onun sözünə əməl edən insanları xilas edir, sözündən çıxanlar isə məhv olurlar.