Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

Qırğızıstan

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Filialların həsrolunma mərasimləri

Filialların həsrolunma mərasimləri

YERLİ və əcnəbi bacı-qardaşlar Qırğızıstanın paytaxtı Bişkekdə il yarım ərzində filial binalarının təmir və genişləndirmə işində usanmadan çalışmışdılar. Layihə tamamlanandan bir ay sonra, 2015-ci il oktyabrın 24-də filial Yehovaya həsr olundu. On səkkiz ibadət evində və əlavə beş məkanda yığışan 3000-dən çox insan həsrolunma proqramını izlədi. Rəhbərlik Şurasının üzvü Stiven Lett «Yehovaya sidqi-ürəkdən ibadət edin» adlı həsrolunma məruzəsi ilə çıxış etdi. Növbəti gün ölkədəki təbliğçilərin əksəriyyəti üçün imanı möhkəmləndirən görüş təşkil olundu.

Qırğızıstan filialı

 2016-cı il mayın 14-ü şənbə günü Cənubi Qafqaz ölkəsində 18 mərtəbəli yaşayış binasının 6 mərtəbəsini əhatə edən filialın həsrolunması oldu. Toplantı zalı, Padşahlıq Müjdəçiləri Məktəbi üçün olan binalar da həsr olundu. Görüşdə 6435 nəfər iştirak etdi. Səslənən məruzələrdə Yehovanın Şahidlərinin bu ölkədə fəaliyyətə başladığı illərdən danışılırdı. Həqiqəti ilk dəfə 20-ci əsrin əvvəllərində bu ölkənin ABŞ-dakı mühacirləri eşitmişdilər. Amma xoş xəbər ölkənin özünə 1970-ci illərin ortalarında, ölkə Sovet İttifaqının tərkibində olanda çatmışdı. Bu yaxınlarda isə təşkilat dövlət qeydiyyatından keçdi və ölkədə filial yarandı. Görüşdə iştirak edənlərin çoxunun ağlının ucundan belə keçmirdi ki, nə vaxtsa belə bir möhtəşəm təşkilati nailiyyətin şahidi olacaqlar. Görüşə gələnlərin də razılığı ilə, Rəhbərlik Şurasının üzvü Devid Spleyn qardaşın bu gözəl binaları Yehovaya həsr etməsi mərasimin ən yaddaqalan hissəsi oldu.

Cənubi Qafqaz ölkəsi

Yuxarıda: Filialın həsrolunma mərasimi

Ortada: Xüsusi görüşdə iştirak edən bacı-qardaşlar

Aşağıda: Bacı-qardaşların ifasında milli rəqs