Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

 GÜRCÜSTAN

«Bu vaxta kimi harada idiniz?»

Artur Gerexeliya

«Bu vaxta kimi harada idiniz?»
  • DOĞUM TARİXİ: 1956

  • VƏFTİZ TARİXİ: 1991

  • QISA MƏLUMAT: Vəftizindən cəmi səkkiz ay sonra yaxşı işini, rahat şəraitini qoyub tələbat olan əraziyə köçmüşdü.

TƏZƏCƏ vəftiz olmuşdum ki, ağsaqqallar xidmətimi genişləndirmək barədə nə düşündüyümü soruşdu. 1992-ci il mayın 4-ü tələbat olan əraziyə köçməyə hazır olan insanlar üçün təşkil olunan görüşdə iştirak etdim. Səhəri gün əməkdaşımla birlikdə Acarıstana, Batuminin sahil ərazisinə köçdük.

Batumidə ilk dəfə xidmətə çıxanda çox həyəcanlı idim. Öz-özümə deyirdim: «Görəsən, söhbətə necə başlayım?» Ancaq ilk danışdığım qadının göstərdiyi münasibət məni məəttəl qoydu. O dedi: «Bu vaxta kimi harada idiniz?» Qadın Yehovanın Şahidlərini daha yaxından tanımaq istəyirdi. Elə səhəri gün ona Müqəddəs Kitab dərsi keçməyə başladıq!

Batumiyə gedəndə bizə maraqlanan insanların siyahısını vermişdilər. Lakin oraları yaxşı tanımadığımız üçün  ünvanları yerli camaatdan soruşurduq. Əksər adamlar soruşduğumuz ünvanları tanımırdılar, çünki bir çox küçələrin adları dəyişdirilmişdi. Amma bu insanların özləri həqiqətə maraq göstərdilər. Tezliklə biz maraqlananlara Müqəddəs Kitab dərsi keçməyə başladıq. Hər qrupda haradasa 10—15 nəfər olurdu.

Batumiyə gəldiyimiz cəmi 4 ay idi ki, artıq 40 nəfərdən çox adam müntəzəm şəkildə yığıncaqlara gəlirdi. Biz öz-özümüzə deyirdik: «Həqiqətə təzə gələnlərə kim kömək edəcək?» Gürcü ordusu ilə Abxaz separatçıları arasında yaranan münaqişə ucbatından mənim keçmiş yığıncağımın bütün üzvləri Batumiyə köçdü. Cəmi bir günün içində təcrübəli ağsaqqallardanöncüllərdən ibarət yeni bir yığıncaq yarandı!