Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Kriminal keçmişi olan nümunəvi vətəndaş

Hisar Somin

Kriminal keçmişi olan nümunəvi vətəndaş
  • DOĞUM TARİXİ: 1911

  • VƏFTİZ TARİXİ: 1952

  • QISA MƏLUMAT: Keçmişdə cinayətkar dəstənin başçısı olmuş filial komitəsinin üzvü.

BİR DƏFƏ kəşfiyyat idarəsinin direktoru Somin qardaşı baş prokurorluğa çağırıb soruşdu:

— Sən ki, indoneziyalısan, mənə düzünü de görüm, Yehovanın Şahidləri İndoneziyada əslində nə işlə məşğuldurlar?

Somin qardaş cavab verdi:

— Gəlin sizə öz hekayəmi danışım. Əvvəllər mən cinayətkar dəstənin başçısı idim, indi isə insanlara Allahın Kəlamını öyrədirəm. Yehovanın Şahidləri İndoneziyada məhz bu işlə məşğuldurlar — mənim kimi yaramaz insanlara nümunəvi vətəndaş olmağa kömək edirlər!

Kəşfiyyat idarəsinin direktoru sonradan bildirmişdi: «Yehovanın Şahidləri haqda çoxlu şikayət eşitsəm də, dəqiq bilirəm ki, bu, yaxşı dindir, çünki cənab Somini dəyişdirə bilib».