Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

50 ilin xüsusi öncülü

Alisten Lümar

50 ilin xüsusi öncülü
  • DOĞUM TARİXİ: 1927

  • VƏFTİZ TARİXİ: 1962

  • QISA MƏLUMAT: 50 ildən çox xüsusi öncül kimi xidmət etmiş keçmiş polis müfəttişi.

1964-cü ildə məni xüsusi öncül kimi Manokvariyə (Qərbi Papua) təyin elədilər. Yerli din xadimləri oradakı kiçik yığıncağa şiddətli müqavimət göstərmişdi. Bura çatar-çatmaz protestant din xadimi evimə soxulub kükrədi:

— Bu evi sənin başına uçuracağam! Qoymayacağam Manokvaridə bir nəfər də olsun Yehovanın Şahidi qalsın.

Əvvəllər polis olduğum üçün bu sözlər məni qorxutmadı. Ona təmkinlə cavab verdim. Nəticədə sakitləşib getdi (1 But. 3:15).

Əlli il əvvəl Manokvaridə səkkiz təbliğçi var idi. Bu gün isə burada yeddi yığıncaq fəaliyyət göstərir. 2014-cü ildə keçirilən böyük toplantıda isə 1200 nəfər iştirak etmişdi. Yehovanın bu ucqar ərazi üçün nələr etdiyini görəndə ürəyim dağa dönür.