Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  Sentyabr 2017

 MƏSİHİ HƏYATI

Nəyə görə pak ibadət sizin üçün əzizdir?

Nəyə görə pak ibadət sizin üçün əzizdir?

Hizqiyalın məbəd barədə gördüyü vəhy əsirlikdə olan yəhudilərə ümid verirdi ki, bir gün həqiqi ibadət bərpa olunacaq. Yaşadığımız axırzaman adlanan bu dövrdə pak ibadət dağlardan uca bərqərar olub və biz bu ibadətə axışan xalqların arasındayıq (Əş 2:2). Yehova Allahı tanımaq və Ona ibadət etmək böyük şərəfdir. Bəs siz nə dərəcədə tez-tez bu barədə düşünürsünüz?

PAK İBADƏTİN GƏTİRDİYİ NEMƏTLƏR:

  • Həyatın ən vacib suallarına cavab verən çoxlu nəşrlər; üstün dəyərləri tanıdan və onlara uyğun yaşamağa kömək edən biliklər; gələcəyə möhkəm ümid (Əş 48:17, 18; 65:13; Rm 15:4).

  • Bir-birini sevən qardaşlıq (Zb 133:1; Yh 13:35).

  • İnsana xoş təsir bağışlayan işdə Allahla əməkdaşlıq etmək (Hv 20:35; 1Kr 3:9).

  • Həyatın çətin anlarında bizə ürək-dirək verən Allahın sülhü (Fp 4:6, 7).

  • Təmiz vicdan (2Tm 1:3).

  • Yehova Allahla dostluq (Zb 25:14).

Pak ibadəti əziz tutduğumu necə göstərə bilərəm?