Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  Oktyabr 2017

 MƏSİHİ HƏYATI

Yehovanı mədh etmək üçün yaşayın!

Yehovanı mədh etmək üçün yaşayın!

Həyat Allahın bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Həyatı necə yaşadığımız, ona nə dərəcədə dəyər verdiyimizi göstərir. Allahın xidmətçisi olduğumuz üçün biz çalışırıq ki, istedad və bacarıqlarımızı Yaradanımız Yehova Allahın yolunda sərf edərək Onu mədh edək (Zb 36:9; Vh 4:11). Amma bu zəmanənin qayğıları həyatımızı ağırlaşdırıb ibadətə həvəsimizi soyuda bilər (Mr 4:18, 19). Odur ki, özümüzdən soruşmalıyıq: «Təmiz vicdanla deyə bilərəmmi ki, əlimdə olanın ən yaxşısını Yehovaya verirəm? (Hş 14:2) İşim və sənətim ibadətimə necə təsir edir? Xidmətin hansı növündə özümü sınaya bilərəm?» Əgər aydın olsa ki, müəyyən düzəlişlər etmək lazımdır, Yehova Allahdan kömək istəməli və bu istiqamətdə konkret addımlar atmalıyıq. Əmin ola bilərik ki, hər açılan günü Yehova Allahı mədh etmək üçün yaşasaq, həyatımız mənalı və xoşbəxt olacaq! (Zb 61:8).

İstedadınızı kimin yolunda sərf edirsiniz?

«İSTEDADINIZI YEHOVANIN YOLUNDA SƏRF EDİN» ADLI VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARI CAVABLANDIRIN:

  • İstedadımızı Şeytanın dünyasına sərf etmək nəyə görə ağılsızlıqdır? (1Yh 2:17)

  • Əllərində olanın ən yaxşısını Yehova Allaha verənlər hansı nemətləri alırlar?

  • İstedad və bacarığınızı xidmətin hansı növlərində istifadə edə bilərsiniz?