Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  Oktyabr 2017

 MƏSİHİ HƏYATI

Allahın Kəlamını dərindən öyrənin

Allahın Kəlamını dərindən öyrənin

Hamımız istəyərdik ki, sınaqlarla üzləşəndə Dənyal peyğəmbər kimi Allaha sadiq qalaq. Bəs ona sədaqətli olmağa nə kömək etmişdi? O, Allahın Kəlamını, həmçinin peyğəmbərlərin gələcəklə bağlı yazdığı ayələri diqqətlə araşdırırdı (Dn 9:2). Müqəddəs Kitabı öyrənmək bizə də Allaha sadiq qalmağa kömək edəcək. Çünki Müqəddəs Kitabı öyrənəndə Yehovanın vədlərinin yerinə yetəcəyinə əminliyimiz artır (Yş 23:14). Həmçinin bizi gözəl əməllərə təşviq edən qəlbimizdəki ilahi məhəbbət güclənir (Zb 97:10). Bəs bu mütaliəni necə aparmaq lazımdır? Gəlin, bir neçə məsləhəti nəzərdən keçirək.

  • Nəyi araşdırım? Keyfiyyətli Müqəddəs Kitab mütaliəsinə yığıncaq görüşünə hazırlaşmaq da daxildir. Müqəddəs Kitabın həftəlik proqram üzrə qiraətini daha effektiv etmək üçün sizə qaranlıq qalan məqamları dərindən araşdırın. Bəzi bacı-qardaşlar Müqəddəs Kitabdakı peyğəmbərlikləri, müqəddəs ruhun bəhrəsinə daxil olan keyfiyyətləri, həvari Bulusun təbliğ səyahətlərini və Yehovanın yaratdıqları ilə bağlı mövzuları araşdırır. Müqəddəs Kitabla bağlı sualınız yarananda harasa qeyd edin və mütaliə keçirdiyiniz gün həmin sualı araşdırın.

  • Məlumatı harada axtarım? «İlahi elmin incilərini toplamağa kömək edən vasitələr» adlı videoya baxın, orada bunun bir neçə üsulu göstərilir. Axtarış aparmaq bacarığınızı yoxlamaq üçün «Dənyal» kitabının 7-ci fəslində təsvir olunan vəhşi heyvanların hər birinin hansı dövləti təmsil etdiyini araşdırın.

  • Mütaliəyə nə qədər vaxt ayırmaq lazımdır? İmanımızın möhkəm olmağını istəyiriksə, mütaliəni müntəzəm keçirməliyik. Vaxta gəldikdə isə əvvəl-əvvəl vaxtı bir az qısa etmək olar, amma get-gedə artırmaq lazımdır. Müqəddəs Kitabı araşdırmağı xəzinə axtarmağa bənzətmək olar; adam nə qədər çox cəvahir tapır, bir o qədər çox axtarmaq istəyir (Ms 2:3—6). Beləcə, Müqəddəs Kitaba iştahanız artacaq və mütaliə həyatınızın ayrılmaz hissəsi olacaq (1Bt 2:2).

«DƏNYAL» KİTABININ 7-Cİ FƏSLİNDƏ TƏSVİR OLUNAN VƏHŞİ HEYVANLAR NƏYİ TƏMSİL EDİR?

ƏLAVƏ SUAL

Dənyal 7:8, 24 ayələri necə yerinə yetdi?

NÖVBƏTİ MÜTALİƏNİZDƏ ARAŞDIRIN:

«Vəhy» kitabının 13-cü fəslində təsvir olunan heyvanlar nəyi təmsil edir?