NƏ ÜÇÜN VACİBDİR? Xoş xəbərə hay verənlərin əksəriyyəti Allahı axtaran insanlardır (Əş 55:6). Allah haqqında daha çox öyrənmələri üçün onların yanına dəfələrlə getməliyik. Hərənin bir cür dərdi var, buna görə də insanların həqiqətə olan marağını artırmaq üçün müxtəlif üsullardan istifadə etmək lazımdır. Əgər biz əvvəlcədən yaxşıca hazırlaşsaq, hər dəfə gələndə əsas məqsədimizi — Müqəddəs Kitab dərsinə başlamağı unutmasaq, onda təkrar söhbətimiz səmərəli alınacaq.

NECƏ ETMƏLİ?

  • Çalış ki, söhbət etdiyin insanın yanına tez, mümkünsə, bir neçə gündən sonra gedəsən (Mt 13:19)

  • Mehriban, hörmətcil və təmkinli ol

  • Gülərüzlə salamlaş. İnsana adı ilə müraciət et. Gəlişinin səbəbini qısaca vurğula; misal üçün, hansısa sualına cavab vermək, saytımızı göstərmək, jurnalın son sayını vermək, hansısa videonu göstərmək və ya Müqəddəs Kitab dərsinin necə keçirildiyini izah etmək üçün gəlmisən. Əgər insanı başqa mövzu maraqlandırırsa, söhbəti o istiqamətdə apar (Fp 2:4)

  • İnsanın ürəyində əkdiyin həqiqət toxumunun böyüməsi üçün onu sula. Bunu Müqəddəs Kitabdan hansısa fikri bölüşməklə və ya ədəbiyyat saxlamaqla etmək olar (1Kr 3:6). Səmimi münasibət qur

  • Növbəti görüş üçün zəmin qoy