Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  iyun 2017

 MƏSİHİ HƏYATI

Yehovanın vədlərinə imanınız nə dərəcədə güclüdür?

Yehovanın vədlərinə imanınız nə dərəcədə güclüdür?

Yuşə və Süleyman peyğəmbər Yehovanın vədlərindən heç birinin boşa çıxmadığına özləri şahid olmuşdular (Yş 23:14; 1Pd 8:56). Bu iki sadiq insanın şahidliyi əsasında imanımızın təməlini möhkəm qura bilərik (2Kr 13:1; Tt 1:2).

Yehova Yuşənin yaşadığı dövrdə Öz vədlərini necə həyata keçirmişdi? Zəhmət olmasa, ailənizlə birlikdə «Allahın sözü əsla boşa çıxmaz» adlı tamaşaya baxın. Sonra isə aşağıdakı suallara cavab verin: 1) Rahabın imanını necə təqlid edə bilərsiniz? (İb 11:31; Yq 2:24—26); 2) Axanın hadisəsi itaətsizliyin fəlakətə apardığını necə göstərir? 3) Gibyonlular igid döyüşçü olsalar da, nəyə görə onlar Yuşəni aldadıb israillilərlə sülh bağladılar? 4) Beş amori hökmdarı İsrail xalqına qarşı birləşəndə Yehovanın sözü necə yerinə yetdi? (Yş 10:5—14); 5) Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutanda Yehova sizin rifahınız üçün nələr edib? (Mt 6:33).

Yehovanın həm keçmişdə, həm indi, həm də gələcəkdə edəcəyi işlər barədə düşündükcə Onun vədlərinə olan imanınız getdikcə güclənəcək (Rm 8:31, 32).

Yuşənin imanı kimi imanın varmı?