Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  iyun 2017

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏRƏMYA 51, 52

Yehovanın sözü xırdalığına kimi yerinə yetir

Yehovanın sözü xırdalığına kimi yerinə yetir

Yehova gələcəkdə olacaq hadisələri qabaqcadan dəqiqliklə söyləyib

Fars padşahının mühafizəsində xidmət edən oxçu

«Oxlarınızı itiləyin»

51:11, 28

  • Madalılar və farslar bacarıqlı oxçular idilər, ox onların əsas döyüş silahı idi. Daha dərinə nüfuz etməsi üçün onlar oxlarını itiləyirdilər.

«Babil döyüşçüləri vuruşmaqdan əl çəkib»

51:30

  • Nabonidin salnaməsində deyilir: «Kuruşun ordusu Babilə döyüşsüz daxil oldu». Yəni onlar güclü müqavimətlə qarşılaşmadılar. Bu, Ərəmyanın peyğəmbərliyi ilə üst-üstə düşür.

Nabonidin salnaməsi

«Babil daş qalağına» çevriləcək və «əbədilik xaraba qalacaq»

51:37, 62

  • Eramızdan əvvəl 539-cu ildən etibarən Babil şan-şöhrətini itirməyə başladı. Böyük İsgəndər Babili öz dövlətinin paytaxtı etmək niyyətində idi, ancaq o, qəflətən öldü. Birinci əsrdə Babildə yəhudi cəmiyyəti var idi, görünür, buna görə Butrus bura səyahət etmişdi. Ancaq eramızın dördüncü əsrində şəhər artıq xarabalığa dönmüşdü, vaxt keçdikcə o, ümumiyyətlə mövcudluğuna son qoydu.

Babil haqda peyğəmbərliyin yerinə yetməsi haqda düşünəndə hansı nəticəyə gəlirəm?

 

Bu peyğəmbərliyin əsasında başqalarına nə öyrədə bilərəm?