Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  iyun 2017

 MƏSİHİ HƏYATI

Yehovanın qoyduğu əxlaq dəyərlərinə bağlı qalın

Yehovanın qoyduğu əxlaq dəyərlərinə bağlı qalın

Yehova Allah insanlar üçün əxlaq qaydaları qoyub. Məsələn, Allah buyurur ki, nikah kişi ilə qadını birləşdirən əbədi ittifaqdır (Mt 19:4—6, 9). Yehovanın gözündə əxlaqsızlığın bütün növləri günahdır (1Kr 6:9, 10). O hətta geyim və xarici görünüşlə bağlı prinsiplər verərək, xalqını başqalarından fərqləndirir (Qn 22:5; 1Tm 2:9, 10).

Bu gün insanların əksəriyyəti Yehovanın qoyduğu əxlaq dəyərlərini saymır (Rm 1:18—32). Onlar geyimlərinə, xarici görünüşlərinə və davranışlarına dünyada geniş yayılmış düşüncə tərzinin təsir etməsinə yol verirlər. Çoxları öz murdar əməlləri ilə fəxr edir və saleh həyat tərzi sürənlərə xor baxırlar (1Bt 4:3, 4).

Yehovanın Şahidi olan bizlər Allahın qoyduğu əxlaq dəyərlərinə bağlı qalmalıyıq (Rm 12:9). Bəs necə? Biz Allaha nəyin məqbul olduğunu insanlara nəzakətlə izah etməliyik. İlk növbədə isə, özümüz yüksək əxlaq dəyərlərinə uyğun yaşamalıyıq. Məsələn, xarici görünüş və geyim tərzimizlə bağlı özümüzə belə suallar verə bilərik: «Geyimim Allahın, yoxsa dünyanın dəyərlərini əks etdirir? Geyimim və xarici görünüşüm Allahın xidmətçisi olduğumu göstərir?» Hər hansı bir verilişə və ya filmə baxmazdan öncə özünüzdən soruşun: «Bu verilişə baxsam, Allah məndən razı qalar? Verilişdə hansı əxlaq dəyərləri təbliğ olunur? Seçdiyim əyləncə Yehovanın əxlaq dəyərlərinə bağlı qalmaq əzmimi zəiflətməyəcək? (Zb 101:3). Bu, ailə üzvlərimi və tanışlarımı büdrətməyəcək ki?» (1Kr 10:31—33).

Nə üçün Yehovanın qoyduğu əxlaq qaydalarına uyğun yaşamaq vacibdir? Tezliklə İsa Məsih Allaha itaət etməyən insanları və hər cür pisliyi məhv edəcək (Hz 9:4—7). Allahın istəyini yerinə yetirən insanlar isə xilas olacaq (1Yh 2:15—17). Gəlin bundan sonra da çalışaq Yehovanın təsis etdiyi əxlaq dəyərlərindən kənara çıxmayaq. Qoy insanlar nümunəvi davranışımızı görüb Allahı mədh etsinlər (1Bt 2:11, 12).

Geyimim və xarici görünüşüm əxlaqım barədə nə deyir?

«YEHOVANIN DOSTU OL. BİR KİŞİ, BİR QADIN» ADLI CİZGİ FİLMİNİ İZLƏDİKDƏN SONRA AŞAĞIDAKI SUALLARI CAVABLANDIRIN:

  • Nəyə görə Yehovanın normalarına uyğun yaşamaq ağıllı hərəkətdir?

  • Nə üçün valideynlər Yehovanın əxlaq dəyərlərini övladlarına kiçik yaşlarından başa salmalıdırlar?

  • Başqalarının Allahın xeyirxahlığından faydalanması üçün həm cavanlar, həm də yaşlılar nə edə bilərlər?