Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  iyul 2017

 MƏSİHİ HƏYATI

Qapı ağzında ədəb-ərkan

Qapı ağzında ədəb-ərkan

Yaddan çıxarmamalıyıq ki, biz məsihilər insanların diqqət mərkəzindəyik (1Kr 4:9). Bəzi ev sakinləri bizə pəncərədən baxa, ya da qapı arxasından dinləyə bilərlər. Bəzi evlərdə, hətta kameralar quraşdırılır ki, ev sakini qapıya gələni görüb-eşidə və yazıya ala bilsin. Odur ki, aşağıdakı ədəb qaydalarına əməl etmək olduqca vacibdir (2Kr 6:3).

DAVRANIŞ (Fp 1:27)

  • Qapı ağzında yemək yemək, nəsə içmək, telefonla zəng etmək və ya mesaj göndərmək, eləcə də evin içinə boylanmaq hörmətsizlik olardı.

DANIŞIQ (Ef 4:29)

  • Qapı ağzında gözləyərkən nə danışdığımıza fikir verməliyik. Fikrimiz deyəcəyimiz sözlərdən yayınmasın deyə, bəlkə də susmaq daha yaxşı olar.

Qapı ağzında daha hansı ədəb-ərkan qaydalarına riayət etməliyik?