«OYANIN!»

Sual: Yeniyetmələr arasında depressiya halları kəskin surətdə artıb. Sizcə, bu problemlə mübarizədə hansı tədbirlər görülə bilər?

Nəşr: Bu jurnalda yeniyetmələrə depressiya ilə mübarizə aparmağa kömək edən məsləhətlər verilir, həmçinin valideynlərin bu sahədə onlara necə kömək edə biləcəkləri açıqlanır.

MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ TƏBLİĞ ET

Sual: Sizcə, ailənin xoşbəxtliyi nədən asılıdır?

Ayə: Ef 5:33

Həqiqət: Qarşılıqlı sevgi və hörmət olan ailədə xoşbəxtlik hökm sürür.

«HƏYAT NECƏ YARANIB?» (lc)

Sual: Həyatın mövcudluğu kimi vacib mövzularda imanımız nəyə əsaslanmalıdır?

Ayə: İb 11:1

Nəşr: Ayədə də deyildiyi kimi, imanımız sübutlara əsaslanmalıdır. Bu broşürdə həyatın necə əmələ gəlməsi ilə bağlı maraqlı sübutlar var.

ÖZ TƏQDİMƏNİ HAZIRLA

Bu təqdimələri nümunə götürərək öz təqdimənizi hazırlayın.