Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  fevral 2017

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏŞİYA 63—66

Yeni göylər və yeni yer böyük sevinc gətirəcək

Yeni göylər və yeni yer böyük sevinc gətirəcək

Yehovanın Əşiya 65-ci fəsildəki hər şeyi yeniləşdirməklə bağlı verdiyi vəd o qədər dəqiqdir ki, O, bu haqda artıq yerinə yetmiş bir şey kimi danışır.

Yehova yeni göylər və yeni yer yaradır; keçmiş şeylər bir daha xatırlanmayacaq

65:17

«Yeni göylər» deyiləndə nə nəzərdə tutulur?

  • Yer üzündə ədaləti bərqərar edəcək yeni hökumət

  • Bu hökumət 1914-cü ildə, İsa Məsih Allahın Padşahlığının Padşahı kimi taxta çıxanda qurulub

«Yeni yer» deyiləndə nə nəzərdə tutulur?

  • Səmavi hökumətə məmnuniyyətlə tabe olan hər millətdən, dildən və irqdən ibarət insan cəmiyyəti

Keçmiş şeylər hansı mənada yada düşməyəcək?

  • Bizə fiziki, əqli və emosional cəhətdən əzab verən pis xatirələrimizi yada salacaq heç bir şey baş verməyəcək

  • Mömin insanlar həyatın hər anından zövq alacaq və hər ötən gün xoş xatirə kimi yaddaşlarda qalacaq