Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  fevral 2017

 MƏSİHİ HƏYATI

Ümidinizə sevinin

Ümidinizə sevinin

Ümid lövbər kimidir (İb 6:19). O, imanımızı «fırtına» zamanı qəzaya uğramaqdan qoruyur (1Tm 1:18, 19). Məyusluq, maddi itki, uzun sürən xəstəlik, yaxınımızın ölümü və ya sədaqətimizi sınağa çəkən digər təhlükələr imanımızı sarsıdan «fırtına» ola bilər.

İman və ümidin sayəsində biz vəd edilmiş mükafatı aydın görürük (2Kr 4:16—18; İb 11:13, 26, 27). Ümidimiz istər göydə, istər yer üzündə yaşamaq olsun, hər birimiz Allahın Kəlamında yazılmış vədlər üzərində düşünməklə onu daim möhkəmləndirməliyik. Bunun sayəsində sınaqlar zamanı sevincimizi itirməyəcəyik (1Bt 1:6, 7).

«ÜMİDİNİZƏ SEVİNİN» ADLI VİDEOYA BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Nəyə görə Musa peyğəmbər bu sahədə gözəl nümunədir?

  • Ailə başçısının üzərinə hansı məsuliyyət düşür?

  • Ailəvi ibadətinizdə hansı mövzuları müzakirə edə bilərsiniz?

  • Ümid sınaqlara sinə gərməyinizə necə kömək edə bilər?

  • Siz nəyi səbirsizliklə gözləyirsiniz?