Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  fevral 2017

MƏSİHİ HƏYATI

Uşağınıza Yaradana qarşı inam aşılayın

Uşağınıza Yaradana qarşı inam aşılayın

Yaradılan hər şey Allahın əzəmətini bəyan edir (Zb 19:1—4; 139:14). Amma Şeytan dünyası həyatın əmələ gəlməsi ilə bağlı yalan nəzəriyyələr yaymaqla Allahın varlığını inkar edir (Rm 1:18—25). Bu kimi nəzəriyyələrin övladınızın ürəyində və zehnində kök salmaması üçün nə edə bilərsiniz? Uşağınıza elə kiçik yaşlarından Yehovanın var olduğuna və şəxsən onun qayğısına qaldığına inam aşılayın (2Kr 10:4, 5; Ef 6:16). Məktəbdə öyrəndikləri ilə bağlı övladınızın əslində nə düşündüyünü üzə çıxarmağa çalışın. Müxtəlif vəsaitlərdən istifadə edərək onun ürəyinə yol tapın (Ms 20:5; Yq 1:19).

«HƏMYAŞIDLARIN NƏ DEYİR? YARADANIN OLMASI» ADLI VİDEOYA BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Allahın varlığı ilə bağlı hansı yanlış fikir geniş yayılıb?

  • Məktəbinizdə bununla bağlı nə öyrədirlər?

  • Yehova Allahın mövcud olduğuna nəyə görə inanırsan?

  • Başqalarına hər şeyi Allahın yaratdığını anlamağa necə kömək edə bilərsən?