Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  fevral 2017

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏŞİYA 52—57

Məsih bizə görə iztirab çəkdi

Məsih bizə görə iztirab çəkdi

«Ona həqarət edirdilər, ondan gen gəzirdilər... Biz isə elə bilirdik, onu Allah vurub, dərdə, bəlaya düçar edib»

53:3—5

  • İsa Məsihə həqarət edir, onu küfr söyləməkdə günahlandırırdılar. Bəziləri düşünürdü ki, onun başına gələnlər Allahın cəzası idi

«Onu əzaba... düçar etmək Yehovaya məqbul idi... Yehovanın istəyi onun vasitəsilə həyata keçəcək»

53:10

  • Sözsüz, Yehova üçün İsa Məsihin ölümünü izləmək çox ağır idi. Ancaq onun tam şəkildə sadiq qaldığını görmək Yehovanı sevindirirdi. İsa Məsihin ölümü Allahın xidmətçilərinin sadiqliyi ilə bağlı Şeytanın irəli sürdüyü iddiaya layiqli cavab oldu və bu, tövbə edən bütün insanlara fayda gətirdi. Bununla da «Yehovanın istəyi» həyata keçdi