Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  Dekabr 2017

 MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Hər kəsə təbliğ et

Xidmətdə püxtələşək. Hər kəsə təbliğ et

NƏ ÜÇÜN VACİBDİR? Zəkəriyyə peyğəmbərlik etmişdi ki, bütün xalqlardan olan, müxtəlif dillərdə danışan insanlar xoş xəbərə hay verəcəklər (Zk 8:23). Bəs xoş xəbəri onlara kim çatdıracaq? (Rm 10:13—15). Bu şərəfli və məsuliyyətli iş hər birimizə həvalə olunub (od s. 84, abz. 10, 11).

NECƏ ETMƏLİ?

  • Hazırlaş. Təbliğ etdiyin ərazidə başqa dildə danışan insanlar var? «JW Language» tətbiqetməsindən istifadə edərək sadə təqdimat öyrənə bilərsən. Yaxud mobil cihazından istifadə edərək həmin insana jw.org saytında öz dilində daha ətraflı məlumatı necə tapa biləcəyini göstərə bilərsən

  • Diqqətcil ol. Ev-ev təbliğ etsən belə, digərlərinə də, məsələn, yoldan keçənlərə, yaxud maşında gözləyənlərə də şahidlik etmək imkanını əldən vermə. İctimai şahidlikdə iştirak edirsənsə, diqqətli ol ki, təbliğ etmək fürsətini əldən buraxmayasan

  • Çalışqan ol. Birinci dəfə gələndə evdə heç kimi tapmasan da, yenə gəl. Çalış hər mənzildə kiminləsə söhbət edəsən: ya günün müxtəlif saatlarında, ya da həftənin müxtəlif günlərində gəl. Evdə olmayan insanlar xoş xəbəri başqa yolla da eşidə bilərlər, məsələn, məktub və telefon vasitəsilə, ya da küçədə

  • Maraqlanmağa davam et. Maraq göstərən insana tez müddətdə təkrarən baş çək. Əgər o, başqa dildə danışırsa, həmin dili bilən təbliğçi tap. Onun öz dilində danışan təbliğçilər onunla əlaqə saxlayana kimi o insana baş çək (od s. 93, 94, abz. 39, 40)

«HƏQİQƏT YERİN UCQARLARINADƏK GEDİB ÇATIR» ADLI VİDEOYA BAXIN VƏ AŞAĞIDAKI SUALLARA CAVAB TAPIN:

  • Bacı-qardaşlar ucqar ərazilərdə yaşayan insanlara təbliğ etmək üçün hansı hazırlıqları görürlər? (1Kr 9:22, 23).

  • Onlar hansı çətinliklərlə üzləşirlər?

  • Onlar hansı xeyir-duaları alırlar?

  • Yaşadığın ərazidə daha çox insana təbliğ etmək üçün sən nələr edə bilərsən?