Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  aprel 2017

 MƏSİHİ HƏYATI

Bizi ruhlandıran həmd nəğmələri!

Bizi ruhlandıran həmd nəğmələri!

Həvari Bulus və Sila zindanda mahnı oxuyub Allahı tərənnüm edirdilər (Hv 16:25). Zaksenxauzen faşist həbs düşərgəsində dustaq olan və Sibirə sürgün olunan bacı-qardaşlar da Yehovaya həmd nəğmələri oxuyurdular. Bu nümunələr göstərir ki, mahnılar imanı sınanan məsihiləri ruhlandırmağa qadirdir.

Tezliklə bir çox dillərdə «Yehovanı şövqlə tərənnüm edin» adlı yeni nəğmə kitabı çap olunacaq. Bu kitabı alandan sonra ailəvi ibadət zamanı mahnıları oxuyaraq sözlərini əzbərləməyə çalışın (Ef 5:19). İmanımız sınanda müqəddəs ruh bu nəğmələrin sözlərini yadımıza salacaq. Həmd nəğmələri bizə diqqəti ümidimizə cəmləməyə kömək edir. Sınaq vaxtı onlar bizə güc verəcək. Bu mahnıların ruhlandırıcı sözləri bizi yaxşı günlərimizdə də şövqlə nəğmə oxumağa təşviq edir (1Sm 15:16; Zb 33:1—3). Qoy bu həmd nəğmələri dilimizdən düşməsin!

«MƏHBUSLARI RUHLANDIRAN NƏĞMƏ» ADLI VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARI CAVABLANDIRIN:

  • Erix Frost adlı qardaşı bu nəğməni bəstələməyə nə təşviq etmişdi?

  • Bu nəğmə Zaksenxauzen həbs düşərgəsindəki qardaşlara necə təsir etmişdi?

  • Həmd nəğmələri sizə hansı vəziyyətlərdə kömək edə bilər?

  • Hansı mahnıları əzbərləmək istəyərdiniz?