Hər il qeyri-fəal məsihilərin bir çoxu anma mərasiminə gəlir. Bir vaxtlar onlar həyat uğrunda yarışda, necə deyərlər, qaçmağa başlayıb, amma bəzi səbəblərə görə sonradan sürəti zəiflədiblər («Yehovaya geri dön» broşüründə bu səbəblərdən bəziləri gətirilir) (İb 12:1). Lakin onlar Yehova üçün hələ də çox dəyərlidir, çünki O, onları «Oğlunun qanı bahasına» alıb (Hv 20:28; 1Bt 1:18, 19). Bəs biz onlara geri dönməyə necə kömək edə bilərik?

Çoban sürüdən ayrı düşmüş qoyunu tapana kimi sakitləşmir. Ağsaqqallar da qeyri-fəal məsihiləri tapmaq və onlara kömək etmək üçün əllərindən gələni edirlər (Lk 15:4—7). Yehova bu yolla o insanlara sevgisini göstərir (Ər 23:3, 4). Qeyri-fəallara yalnız ağsaqqallar deyil, hər birimiz kömək edə bilərik. Onlara mehribanlıq göstərsək və anlayışla yanaşsaq, həm Yehova Allaha xoş gedər, həm də əmin ola bilərik ki, zəhmətimiz yerdə qalmayacaq (Ms 19:17; Hv 20:35). Buna görə də gəlin fikirləşək görək kimə kömək edə bilərik. Əgər belə bir insan yadınıza düşdüsə, yubanmadan ona kömək əlinizi uzadın.

«QEYRİ-FƏALLARA KÖMƏK EDİN» ADLI VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARI CAVABLANDIRIN:

  • Ebi tanımadığı bir bacı ilə rastlaşandan sonra nə edir?

  • Qeyri-fəal təbliğçiyə kömək etmək istəyiriksə, nəyə görə əvvəlcə ağsaqqallarla məsləhətləşməliyik?

  • Ebi ikinci dəfə Loranın yanına getməzdən əvvəl nə edir?

  • Loraya kömək edəndə Ebi qətiyyət, səbir və məhəbbət kimi xüsusiyyətləri necə təzahür etdirir?

  • İsa Məsihin Luka 15:8—10 ayələrində yazılmış məsəli bizə nə öyrədir?

  • Bacı-qardaşların Loraya birgə köməyi hansı bəhrəni gətirir?