Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 3, 2017

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabın cavabı

Elə bir vaxt olacaqmı ki, bütün dünyada haqq-ədalət olsun?

Bu barədə nə deyərdiniz?

  • Bəli

  • Xeyr

  • Ola bilsin

Müqəddəs Kitabda deyilir:

«Bilirəm ki, Yehova məzlumu müdafiə edəcək, yoxsula adil hökm çıxaracaq» (Zəbur 140:12). Allah-Taala dünyada haqq-ədaləti bərqərar edəcək.

Müqəddəs Kitabda daha nə deyilir?

  • Allah dünyada baş verən haqsızlıqları görür və mütləq buna bir əncam çəkəcək (Vaiz 5:8).

  • Allah haqq-ədaləti bərqərar edəndən sonra bütün dünyada sülh və əmin-amanlıq olacaq (Əşiya 32:16—18).

Doğrudanmı, Allah bir xalqı o birindən üstün tutur?

Bəzi insanlar inanır ki, Allah bir xalqa nemət bəxş edib, digərini isə lənətləyib. Bəzilərinin fikrincə isə Allahın gözündə bütün xalqlar bərabərdir. Siz bu barədə nə deyərdiniz?

Müqəddəs Kitabda nə deyilir?

«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35). Allahın gözündə bütün xalqlar eynidir.

Müqəddəs Kitabda daha nə deyilir?

  • Müqəddəs Kitabda «hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün» müjdə var (Vəhy 14:6).