Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 6, 2017

Milford-Saund

 ÖLKƏLƏR VƏ XALQLAR

Yeni Zelandiyaya səyahət

Yeni Zelandiyaya səyahət

MAORİ tayfaları təxminən 800 il bundan öncə minlərlə kilometr məsafəni qət edərək okeanın digər tərəfində — Yeni Zelandiyada məskunlaşdılar. Onlar burada tərk etdikləri tropik Polineziya adalarına bənzəməyən bir yer kəşf etdilər. Bura dağların, qarın, buzlaqların və termal bulaqların məskəni idi. Digər köçəri tayfalar isə buraya təxminən beş əsr sonra uzaq Avropadan köç ediblər. Bu gün Yeni Zelandiya əhalisinin əksəriyyəti həm Anqlosaks, həm də Polineziya mənşəli adət-ənənələri tanıyır. Əhalinin təxminən 90 faizini şəhər sakinləri təşkil edir. Yeni Zelandiyanın paytaxtı Vellinqton dünyanın ən cənubda yerləşən paytaxt şəhəri olması ilə fərqlənir.

Şimal Adasında qaynar palçıq gölməçələri

 Digər ərazilərdən təcrid olmasına baxmayaraq, Yeni Zelandiya çoxsaylı heyranedici təbiət kontrastları ilə hər il üç milyondan çox turist cəlb edir.

Gümüşü ayıdöşəyi ağacının hündürlüyü 10 metrdən yüksək olur

1948-ci ilə qədər hesab edilirdi ki, uça bilməyən quşlar sinfindən olan takaxenin nəsli kəsilib

Yeni Zelandiya zəngin vəhşi təbiəti ilə öyünür. Burada dünyanın heç bir yerində olmadığı qədər uça bilməyən quş növləri var. Yeni Zelandiya həmçinin 100 ildən çox yaşayan kərtənkələlər yarımdəstəsinə aid tuataranın məskənidir. Burada yerli məməlilərdən yalnız bir neçə yarasa növü, həmçinin balina və delfinlər daxil olmaqla, bir neçə böyük dəniz məməlisi var.

Yehovanın Şahidləri təxminən 120 ildir ki, Yeni Zelandiyada fəaliyyət göstərir. Onlar burada Polineziya dilləri olan niue, rarotonqa, samoa və tonqa dili də daxil olmaqla, ən azı 19 dildə Müqəddəs Kitab dərsləri keçirir.

Maorilər milli geyimdə rəqs edərək mahnı oxuyur