QAZAXLAR tarixən köçəri xalq olub. Günü bu gün də bəzi çobanlar köçəri maldarlıqla məşğul olur. Onlar yay mövsümündə mal-qaranı otarmaq üçün sərin ərazilərə, yaylaqlara üz tutur, qarlı qış yaxınlaşanda isə qışlaqlara qayıdırlar.

Bəzi qazaxlar inkişaf etmiş şəhərlərdə yaşayır. Bununla belə, onların bəzi ənənələri, yeməkləri və əl işləri əcdadlarının köçəri həyat sürdüyündən xəbər verir. Qazaxların poeziya, nəğmə, milli alətlərdə çalınan musiqilər kimi zəngin irsi var.

Köçərilərin məskunlaşdığı alaçıqlar — yurtlar insanın təbiətlə həmahəng yaşamasını simvolizə edir.  Müasir dövrdə də çobanlar yurtlara üstünlük verir. Şəhər sakinləri də xüsusi tədbirlərdə tez-tez onlardan istifadə edir. Yurtlar həmçinin turistlərin qalması üçün rahat yerlərdir. Bəzi yurtlarda qazax qızlarının xalça toxuma ustalığı, toxuculuq sənəti və müxtəlif əl işləri sərgilənir.

Yurtun içi

Kənd sakinləri üçün atlar çox dəyərlidir. Qazax dilində atları yaşına və cinsinə görə fərqləndirmək üçün azı 21 söz mövcuddur. Onların rəng çalarlarını təsvir etmək üçün isə 30-dan çox söz və ifadə var. Qazaxıstanda yaxşı at qiymətli hədiyyə hesab olunur. Kənd yerlərində oğlan uşaqları at çapmağı kiçik yaşlarından öyrənirlər.

Qazaxıstanın milli mətbəxini ətsiz təsəvvür etmək mümkün deyil və yeməkləri, adətən, ədviyyatsız olur. Ən sevimli içkiləri madyan südündən hazırlanmış qımızdır. Bu içki müalicəvi hesab olunur. Eləcə də dəvə südündən hazırlanmış yağlı, turşməzə şubat Qazaxıstanın məşhur içkisidir.

Yehovanın Şahidlərinin Almatıda yerləşən filialının qapıları hamının üzünə açıqdır.

Ələkeçməz irbis (qar bəbiri) yayı Qazaxıstan dağlarının yüksəkliyində keçirir