Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 5, 2017

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Müharibə

Müharibə

Qədim zamanlarda İsrail xalqı Allahı Yehovanın adı ilə döyüşə çıxırdı. Bəs bu, Allahın müasir dövrdə aparılan müharibələri dəstəklədiyini göstərir?

İsrail xalqı nəyə görə döyüşürdü?

BƏZİLƏRİNİN FİKRİNCƏ

 

İsraillilər qana susamış savaş allahına sitayiş edirdi.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

İsrail xalqının məğlub etdiyi xalqlar olduqca zorakı və pozğun idilər, onlar yaxın qohumla, heyvanla cinsi əlaqəyə girir, uşaqlarını qurban gətirir və digər bu kimi iyrənc işlərlə məşğul olurdular. Allah bu xalqlara əsrlərlə səbir edəndən sonra israillilərə demişdi: «Önünüzdən qovacağım xalqlar məhz bu əməllərlə özlərini murdarlamışlar» (Lavililər 18:21—25; Ərəmya 7:31).

«Allahınız Yehova şər əməllərinə görə o xalqları önünüzdən qovur» (Qanunun təkrarı 9:5).

Allah bu gün baş verən müharibələrdə tərəfkeşlik edirmi?

YƏQİN FİKİR VERMİSİNİZ

 

Əksər müharibələrdə hər iki tərəfin din xadimləri Allahın onların tərəfində olduğunu iddia edir. Bir kitabda deyilir: «İndiyə kimi elə bir müharibə olmayıb ki, orada dinin rolu olmasın» («The Causes of War»).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Allah Öz xalqına vuruşmağı qadağan edir. Allahın Kəlamında yazılıb: «İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın... qisasınızı almayın» (Romalılara 12:18, 19).

Hz. İsa davamçılarına demirdi «gedin vuruşun», o deyirdi ki, «düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin» (Mətta 5:44, 45). Odur ki, hətta müharibə gedən ərazilərdə yaşasalar belə, Allahın xidmətçiləri «dünyaya məxsus» olmadıqlarını göstərərək bitərəfliyi qorumalıdırlar (Yəhya 15:19). Əgər Allah xidmətçilərinə dünyadan ayrı qalmağı, hətta düşmənlərini belə sevməyi buyurursa, Onun baş verən münaqişələrdə tərəfkeşlik etdiyini düşünmək nə dərəcədə ağlabatandır?

«Mənim Padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm. Xeyr, mənim Padşahlığım buradan deyil» (Yəhya 18:36).

 Müharibələrin sonu olacaqmı?

BƏZİLƏRİNİN FİKRİNCƏ

 

Müharibələrin qarşısını almaq mümkün deyil. «XXI əsrdə müharibə və səlahiyyət» kitabında yazılıb: «Müharibələr olub və olacaq. Bu əsrdə ümumbəşər və əbədi sülh gözlənilmir» («War and Power in the 21st Century»).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Heç kəs vuruşmaq istəməsə, müharibə də olmaz. Buna görə də gərək insanlar sülhə can atsın və tərk-silah olunsun. Buna isə yalnız Allahın göydə qurduğu hökumət nail olacaq. Müqəddəs Kitabda aydın yazılıb: «[Allah] uzaqda yaşayan qüdrətli xalqlara aid məsələləri həll edəcək. Onlar qılınclarından gavahın, nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər» (Mikə 4:3).

Müqəddəs Kitaba əsasən, Allahın idarəçiliyi altında nə öz maraqlarını düşünən insan hakimiyyətləri, nə vətəndaşları üsyana təhrik edən siyasət, nə də etnik qruplar arasında çəkişmələrə səbəb olan ədavət olmayacaq. Bununla da müharibələrə son qoyulacaq. Allah vəd edir: «Onlardan xətər gəlməyəcək, heç nəyi tələf etməyəcəklər. Çünki sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehova barədə biliklə dolacaq» (Əşiya 11:9).

«Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır, cəng arabalarını oda atır» (Zəbur 46:9).