Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 2, 2017

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Bal arısının eniş strategiyası

Bal arısının eniş strategiyası

BAL ARISI istənilən bucaq altında olan «eniş sahəsinə» rahat qona bilir. O, bunu necə edir?

Məlumat. «Təhlükəsiz eniş» etmək üçün bal arısı enişdən öncə öz sürətini təxminən sıfıra yaxınlaşdırmalıdır. Bunun üçün uçuş sürəti və hədəfə qədər olan məsafə nəzərə alınmalıdır. Daha sonra sürət buna müvafiq tənzimlənməlidir. Ancaq həşəratlar üçün bunu etmək çətindir. Əksər həşəratların görmə aparatının quruluşu elədir ki, onlar uzaqdan məsafəni təxmin edə bilmirlər.

İnsan binokulyar görmə qabiliyyətinə malik olduğu üçün obyektə qədər olan məsafəni hesablaya bilir. Bal arılarının isə bu cür bacarığı yoxdur. Buna görə də arılar başqa üsuldan istifadə edirlər. Görünür, onlar sadə bir faktı nəzərə alırlar: obyektə yaxınlaşdıqca onun ölçüsü böyüyür. Onlar sürətlə yaxınlaşarsa, hədəf onların gözündə tez böyüyər. Avstraliya Milli Universitetində aparılan tədqiqatlara əsasən, bal arısı hədəfə yaxınlaşdıqca sürətini azaldır ki, obyektin böyümə dərəcəsi onun uçma sürətinə nisbətdə sabit qalsın. Hədəfinə çatdıqda isə onun sürəti, demək olar ki, sıfıra bərabər olur, bunun sayəsində o, «təhlükəsiz eniş» edə bilir.

Bir elmi jurnalda deyilir: «Arıların bu eniş strategiyasının sadəliyi və tətbiq sahəsinin genişliyi... bu strategiyanı uçan robotların idarə sisteminə tətbiq etmək üçün ideal üsul edir» («Proceedings of the National Academy of Sciences»).

Necə fikirləşirsiniz? Bal arısının eniş strategiyası təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?