Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 2, 2017

Əyləncə sənayesində cindarlıq və superqəhrəmanlar cəlbedici şəkildə təqdim olunsa da, yaddan çıxarmamalıyıq ki, bu kimi şeylərlə istənilən təmas çox təhlükəlidir

 ÜZ QABIĞINDAKI MÖVZU | FÖVQƏLTƏBİİ HADISƏLƏR. ONLARIN ARXASINDA NƏ DURUR?

Allah cindarlığa necə baxır?

Allah cindarlığa necə baxır?

ELƏ insanlar var ki, cindarlıqla, fövqəltəbii qüvvələrlə bağlı olan şeylərə inanmır. Onlar hesab edir ki, bu kimi şeylər ssenaristlərin uydurmasıdır. Lakin Müqəddəs Kitabda bu barədə tamamilə fərqli bir şey yazılıb. Orada cindarlıqla bağlı aydın xəbərdarlıq var: «Aranızda... rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır». Nə üçün? «Çünki bu işləri görən hər kəs Yehovanın * gözündə mənfurdur... Siz Allahınız Yehovanın qarşısında ləkəsiz olmalısınız» (Qanunun təkrarı 18:10—13).

Nəyə görə Allah cindarlığın bütün növlərini bu dərəcədə ciddi mühakimə edir?

MƏNŞƏYİ MƏNFURDUR

Müqəddəs Kitabda deyilir ki, Allah yer kürəsini yaratmazdan öncə göydə milyonlarla ruhani varlıq — mələk yaratmışdı (Əyyub 38:4, 7; Vəhy 5:11). Allah onlara iradə azadlığı vermişdi, yəni onlar Allaha itaət edib-etməməyi özləri seçə bilərdilər. Əfsuslar olsun ki, onların bəziləri Allaha üsyan etdi və göydəki mövqelərini tərk edib yer üzündə qatma-qarışıqlıq yaratmağa başladılar. Nəticədə, bütün dünya zorakılıqla doldu (Yaradılış 6:2—5, 11; Yəhuda 6).

Müqəddəs Kitabda yazılıb ki, həmin şər qüvvələr milyonlarla insanları aldadaraq öz təsirləri altında saxlayırlar (Vəhy 12:9). Onlar hətta  insanın gələcəyi bilmək arzusundan istifadə edirlər (1 İşmuil 28:5, 7; 1 Timutiyə 4:1).

Bəzən insana elə gələ bilər ki, fövqəltəbii qüvvələr insanlara kömək edir (2 Korinflilərə 11:14). Əslində isə onlar insanların zehnini kor edir ki, Allaha yaxınlaşa bilməsinlər (2 Korinflilərə 4:4).

Allahın Kəlamında deyilir ki, şər qüvvələrlə əlaqə yaratmaq heç də zərərsiz əyləncə deyil. Buna görə də İsa Məsihin şagirdləri insanlara şər qüvvələr haqda həqiqəti açanda «sehrbazlıqla məşğul olanlardan xeyli adam kitablarını yığıb hamının gözü qarşısında yandırdı», halbuki bu kitablar çox bahalı idi (Həvarilərin işləri 19:19).

«Yeniyetmə qızların cadugərliyə getdikcə daha çox meyil salmasına səbəb televizorda, filmlərdə və kitablarda cadugər qadınların cazibəli və gözəl təsvir olunmasıdır» («Gallup Youth Survey», 2014).

Eynilə, bizim dövrümüzdə də bir çox insan sehrbazlıqla, cindarlıqla bağlı işlərlə, əyləncələrlə əlaqəsini kəsib. Misal üçün, Xəyalənin * 12 yaşı olanda gələcəkdə baş verəcək bəzi hadisələri və təhlükələri qabaqcadan deyə bilirdi. O, kart vasitəsilə sinif yoldaşlarının falına baxırdı. Dedikləri düz çıxdığı üçün getdikcə okkultizmlə daha çox maraqlanmağa başladı.

Xəyalə elə düşünürdü ki, insanlara kömək etmək üçün Allah ona vergi verib. O deyir: «Amma məni bir şey narahat edirdi. Başqaları üçün kartları oxuya bilsəm də, onları özüm üçün oxuya bilmirdim. Halbuki çox istəyirdim öz gələcəyimi də bilim».

Xəyalənin bununla bağlı cavabsız qalan çoxlu sualları var idi. Buna görə o, Allaha dua edir. Bir müddət sonra Yehovanın  Şahidləri ilə tanış olur və Müqəddəs Kitabı öyrənməyə başlayır. Xəyalə Müqəddəs Kitabdan öyrənir ki, gələcəyi demək bacarığı heç də Allahdan deyilmiş. O həmçinin onu da öyrənir ki, Allahı razı salmaq üçün insan cindarlıqla bağlı bütün əşyalardan azad olmalıdır (1 Korinflilərə 10:21). Xəyalə belə də edir. O, okkultizmlə bağlı bütün əşyalarını və kitablarını atır. Hal-hazırda Xəyalə Allahın Kəlamından öyrəndiklərini başqaları ilə bölüşür.

Namiqin yeniyetmə yaşlarından fövqəltəbii qəhrəmanlarla bağlı fantastik əsərlər oxumağa böyük marağı var idi. O deyir: «Özümü mən yaşda olan fantastik superqəhrəmanların yerində təsəvvür edirdim». O, getdikcə magiya və şeytani ayinlərlə bağlı kitablar oxumağa başladı. Namiq deyir: «Bu kimi şeylər mənə o qədər maraqlı idi ki, onlara aid kitablar oxumaq və filmlərə baxmaq istəyirdim».

Lakin Namiq Müqəddəs Kitabı mütaliə edəndən sonra başa düşdü ki, nə oxuduğuna fikir verməlidir. O deyir: «Mən cindarlıqla əlaqəsi olan hər şeyin siyahısını tutdum və hamısını məhv elədim. Özüm üçün vacib bir şey öyrəndim. 1 Korinflilərə 10:31 ayəsində yazılıb: “Hər şeyi elə edin ki, Allah şərəflənsin”. İndi nəsə oxuyanda özümdən soruşuram: “Burada Allahı narazı salan hər hansı bir şey yoxdur ki?” Varsa, deməli, bu şey Allahı şərəfləndirmir və mən o kitabı oxumuram».

Təsadüfi deyil ki, Allahın Kəlamı çırağa bənzədilir. Müqəddəs Kitab çıraq kimi işıq saçaraq cindarlığın əsl üzünü aşkara çıxarır (Zəbur 119:105). Bundan əlavə, orada deyilir ki, gün gələcək, insanlar şər qüvvələrin təsirindən tamamilə azad olacaqlar. Bunun bəşəriyyətə böyük təsiri olacaq. Zəbur 37:10, 11 ayələrində deyilir: «Az qalıb! Artıq pis adam olmayacaq, yerinə baxacaqsan, o, yoxdur. Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar».

^ abz. 3 Müqəddəs Kitaba əsasən, Allahın adı.

^ abz. 10 Bu məqalədəki adlar şərtidir.