Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 4, 2017

Təmiz ad insana başqalarının etibarını və hörmətini qazandırır

«Təmiz ad böyük sərvətdən üstündür»

«Təmiz ad böyük sərvətdən üstündür»

DÜNYADA təmiz, şərəfli ada o dərəcədə böyük dəyər verilir ki, hətta bəzi ölkələrdə insanlar adlarını sığortalayırlar. Bu sığorta insanları başqa şeylərlə yanaşı böhtandan da (şifahi, yazılı və kütləvi informasiya vasitələri ilə yayılan böhtan) qorumaq məqsədi daşıyır. Bu vəziyyət çox qədim bir məsəli yadımıza salır: «Təmiz ad böyük sərvətdən üstündür, şərəf qızıl-gümüşdən yaxşıdır» (Məsəllər 22:1). Bəs təmiz adı və şərəfi, yəni hörməti necə qazanmaq olar? Bu sahədə ən keçərli məsləhətləri Allahın Kəlamından tapa bilərik.

Misal olaraq, gəlin Zəbur kitabının 15-ci məzmurunu nəzərdən keçirək. Məzmurun yazarı «[Allahın] çadırında kim mehman olar?» sualına belə cavab vermişdi: «O kəs ki... əməlləri doğrudur, ürəyində həqiqəti danışar, dilindən böhtan çıxmaz, başqasına pislik etməz, dostuna qara yaxmaz, alçaq adamı görən gözü yoxdur,.. zərərinə olsa belə, əhdindən dönməz,.. rüşvət almaz» (Zəbur 15:1—5). Bu cür yüksək əxlaq dəyərləri ilə yaşayan insana kim hörmət etməz?!

Məsəllər 15:33 ayəsində yazılıb: «Sadəlik şərəf gətirər». Bəli, insanı hörmətə çatdıran başqa bir xüsusiyyət sadəlik və ya təvazökarlıqdır. Məsələn, təvazökar insan özündəki nöqsanları görür və onları düzəltmək üçün var gücü ilə çalışır. Həmçinin təvazökar insan kiminsə xətrinə dəyəndə üzr istəməyə utanmır (Yaqub 3:2). Qürurlu insan isə bunu özünə sığışdırmır, əksinə, qarşı tərəfdən dərhal inciyir. Məsəllər 16:18 ayəsi bizi xəbərdar edir: «Əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr».

Bəs kimsə təmiz adınıza ləkə gətirərsə, necə davranarsınız? Ola bilsin, çox hirslənər və məsələni yoluna qoymaq üçün dərhal hərəkətə keçərsiniz. Amma yaxşı olardı ki, əvvəlcə özünüzdən soruşasınız: «Adımın müdafiəsinə qalxsam, adıma yaxılan böhtan və yalan daha da çox yayılmayacaq?» Bəzən belə hallarda siz məhkəməyə müraciət edə bilərsiniz, amma əvvəlcə yaxşı olardı, Müqəddəs Kitabın növbəti məsləhətinə əməl edəsiniz: «Məhkəmə açmağa tələsmə,.. qonşunla çəkişməni apar» (Məsəllər 25:8, 9) *. Bu hikmətli məsləhətə əməl etməklə siz həmçinin özünüzü məhkəmə işinə sərf olunan böyük miqdarda xərclərdən azad etmiş olarsınız.

Müqəddəs Kitab sadəcə dini kitab deyil. Bu kitab həmçinin həyat yolunda insanlara bələdçilik edən etibarlı məsləhətçidir. Oradakı hikmətli kəlamlara itaət edən insan dərin hörmətə layiq və təmiz ad qazandıran keyfiyyətlərə yiyələnir.

^ abz. 5 Mübahisələri həll etməklə bağlı məsləhətləri həmçinin bu ayələrdə tapa bilərsiniz: Mətta 5:23, 24; 18:15—17.