Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 4, 2017

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Pollia böyürtkəni. Dünyanın ən parlaq meyvəsi

Pollia böyürtkəni. Dünyanın ən parlaq meyvəsi

AFRİKA meşələrində bitən «Pollia condensata» adlı göy rəngli böyürtkən ən dolğun rəngli bitkidir. Maraqlı məqam ondan ibarətdir ki, bu bitkidə rəng piqmentləri yoxdur. Bəs nəyin sayəsində onun bu qədər gur rəngi var?

Məlumat. Bitkinin qabığındakı hüceyrə divarlarında sıra-sıra düzülmüş liflər var. Bu sıralar qat-qat olur. Hər qat altındakı qata nisbətən bir qədər əyri dayandığı üçün spiralvari şəkil yaranır. Liflərin özü göy rəngdə deyil. Bu rəngin yaranmasına lif sıralarının bir-birinin üstündə yerləşmə qaydası təsir edir. Göründüyü kimi metalik çalarları olan bu parlaq rəng piqmentlərin deyil, məhz bu quruluşun sayəsində əmələ gəlir. Əksər hüceyrələr göy rəngə çalır. Amma hansı bucaqdan baxmağınızdan və lif sıralarının sıxlığından asılı olaraq, hüceyrələr yaşıl, çəhrayı və sarı rəngə çala bilər. Mikroskop altında baxanda bu rənglər kompüter ekranında olduğu kimi piksel şəklində görünür.

«Pollia» böyürtkənində piqment olmadığı üçün dərildikdən sonra belə, uzun müddət öz parlaq göy rəngini saxlaya bilir. Məsələn, bir əsr əvvəl dərilmiş «Pollia» böyürtkəni hələ də gözqamaşdırıcı parlaqlığını qoruyub saxlayaraq təzə-tər meyvə kimi qalıb. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu bitkinin əti yoxdur, ancaq tumu var, bununla belə quşlar onun dadına baxmamış yanından ötüb keçə bilmir.

Alimlər qeyd edir ki, «Pollia» böyürtkəninin dolğun rəngi əsasında rəngi solmayan çoxlu məhsullar, məsələn, boyalar, rəngli kağızlar istehsal etmək olar.

Necə fikirləşirsiniz? «Pollia» böyürtkəninin parlaq göy rəngi təkamül nəticəsində yaranıb, yoxsa yaradılış möcüzəsidir?