Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 3, 2016

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Qarışqanın boynu

Qarışqanın boynu

MÜHƏNDİSLƏR qarışqanın özündən dəfələrlə ağır yük qaldırmaq bacarığına heyrandırlar. Qarışqalar bunu necə bacarırlar? Bunu müəyyən etmək üçün ABŞ-ın Ohayo Universitetinin mühəndisləri qarışqanın quruluşunun, fizioloji cəhətlərinin və mexaniki funksiyalarının kompüter nümunələrini yaratdılar. Bu nümunələri yaratmaq üçün mikrokompüter tomoqrafiyası vasitəsilə çəkilən köndələn kəsiklərlə təsvirdən və qarışqanın yükü daşıyan an yaratdığı gücün simulyasiyasından istifadə ediblər.

Qarışqanın ən mühüm orqanlarından biri onun boynudur, çünki ağzında tutduğu yükün bütün ağırlığı boyuna düşür. Qarışqanın boynundakı yumşaq toxumalar döş qəfəsinin (bədənin) və başın sərt ekzoskleti ilə birləşib. Bu birləşməni iki yumulmuş əlin barmaqlarının bir-birinə keçirilmiş vəziyyətinə bənzətmək olar. Tədqiqatçılardan birinin sözlərinə görə, «zərif toxumalarla ekzoskelet arasında olan bu əlaqənin forma və quruluşu boyun nahiyəsinin fəaliyyəti üçün mühüm rol oynayır. Ehtimal ki, boyundakı yumşaq toxumaların bədənin və başın sərt toxumaları ilə bu cür birləşməsi sayəsində bir-birinə möhkəm yapışırlar. Məhz bu səbəbdən boyun nahiyəsi ağır yükə dözə bilir». Tədqiqatçılar ümid edirlər ki, qarışqanın boynunun quruluşu haqda əldə olunan məlumatlar robototexnika sahəsinə təkan verəcək.

Necə fikirləşirsiniz? Qarışqanın boynunun bu cür mürəkkəb quruluşa malik olması təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?