Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 6, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU | ƏN DƏYƏRLİ HƏDİYYƏ

«Bu, aldığım ən yaxşı hədiyyədir»

«Bu, aldığım ən yaxşı hədiyyədir»

Bu sözləri 13 yaşlı qız ona it hədiyyə olunanda deyib. Bir qadın deyir ki, orta məktəbdə oxuyanda atasının hədiyyə etdiyi kompüter onun gələcəkdə uğurlu karyera qurmasında vacib rol oynamışdı. Təzə ailə quran bir kişi isə arvadının düzəltdiyi ilk ildönümü açıqcasını ən gözəl hədiyyə hesab edir.

İnsanlar xüsusi günlərdə dostlarına və doğmalarına ən yaxşı hədiyyəni seçmək üçün hər il xeyli vaxt sərf edirlər. Sözsüz ki, onların əksəriyyəti hədiyyəni verərkən «bu, aldığım ən yaxşı hədiyyədir» sözlərini eşitmək istəyərdi. Bəs siz necə? İstəyərdinizmi, verdiyiniz hədiyyə, həqiqətən də, bəyənilsin?

Kim istəməz?! Axı hədiyyə təkcə onu alana yox, həm də verənə sevinc bəxş edir. Allahın Kəlamında da yazılıb ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Verdiyimiz hədiyyənin bəyənildiyini görmək sevincimizə sevinc qatır.

Nə edə bilərik ki, hədiyyə həm bizə, həm də verdiyimiz şəxsə xoş olsun? Bəs, əgər insana ən yaxşı hesab etdiyimiz hədiyyəni verə bilmiriksə, bu zaman nə edə bilərik?