Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 6, 2017

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabın cavabı

Dünyanın sonu necə olacaq?

Bəzi insanlar düşünür ki,

nüvə müharibəsi, yaxud ekoloji fəlakət dünyanı məhv edəcək. Siz necə fikirləşirsiniz?

Müqəddəs Kitabda nə deyilir?

Armageddon adlanan «Qadir Allahın böyük günündə olacaq müharibə»də bütün pisliklər məhv ediləcək (Vəhy 16:14, 16).

Müqəddəs Kitabda daha nə deyilir?

  • Allah həmin gün dünyanı məhv etməyəcək, əksinə, yer kürəsini qorumaq üçün dünyanı tələf edən insanları məhv edəcək (Vəhy 11:18).

  • Armageddon müharibəsi bütün müharibələrə son qoyacaq (Zəbur 46:8, 9).

Dünyanın sonu gələndə sağ qalan olacaq?

Siz bu barədə nə deyərdiniz?

  • Yox

  • Bəlkə də

Müqəddəs Kitabda nə deyilir?

Hər xalqa mənsub adamlardan ibarət böyük bir izdiham Armageddon müharibəsindən sağ çıxacaq (Vəhy 7:9, 14).

Müqəddəs Kitabda daha nə deyilir?

  • Allah heç kəsin məhv olmasını istəmir. Yalnız insan pis yolundan dönmək istəmədiyi təqdirdə Allah ona ölüm hökmü çıxarır (Hizqiyal 18:32).

  • Armageddondan sağ çıxmaq üçün nə etməli olduğumuzu Müqəddəs Kitabdan öyrənmək olar (Səfənya 2:3).