Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 5, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU | MƏLƏKLƏR. BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?

Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?

Bilmək istəyərdiniz, mələklər necə varlıqlardır, necə yaranıblar, nə işlə məşğuldurlar? Bu suallara ən dəqiq cavabı Allahın nazil etdiyi Müqəddəs Kitabda tapmaq olar (2 Timutiyə 3:16).

  • Allah-Taala kimi mələklər də gözəgörünməz varlıqlardır, onlar ruhdur, onların əti və sümüyü yoxdur. Yaxşı mələklər göydə yaşayır və onların Allahın hüzuruna çıxmaq rüsxəti var (Luka 24:39; Mətta 18:10; Yəhya 4:24).

  • Bəzən mələklər yer üzündə Allahın buyruğunu yerinə yetirmək üçün insan cildinə girmiş, tapşırıqlarını yerinə yetirəndən sonra yenidən əvvəlki vəziyyətlərinə qayıtmışlar (Hakimlər 6:11—23; 13:15—20).

  • Mələklər insan cildinə girəndə kişi görkəmində görünsələr də və Müqəddəs Kitabda kişi cinsində təsvir olunsalar da, onlar kişi və qadın cinsiyyəti olmayan varlıqlardır, onların cinsiyyəti yoxdur. Mələklər nə evlənmir, nə törəmirlər. Bəzi mələklərin ölən körpə və böyüklərin ruhları olduğuna inananlar da var. Amma bu fikir Müqəddəs Kitabda təsdiqini tapmır. Mələkləri Yehova Allah yaratdığı üçün Müqəddəs Kitabda onlar «Allah oğulları» adlanır (Əyyub 1:6; Zəbur 148:2, 5).

  • Müqəddəs Kitabın bir ayəsində yazılan növbəti sözlər, «insanların və mələklərin dilində danışıramsa» cümləsi göstərir ki, gözəgörünməz varlıqlar danışa bilir və onların öz dili var. Allah keçmişdə Öz bəndələri ilə mələklər vasitəsilə danışsa da, mələklərə səcdə qılmağı və onlara dua etməyi qadağan edib (1 Korinflilərə 13:1; Vəhy 22:8, 9).

  • Müqəddəs Kitaba əsasən, mələklərin sayı on minlərlə on minlərdir. Hətta, ola bilsin, milyardlarla mələk var * (Dənyal 7:10; Vəhy 5:11).

  • Mələklər insandan qat-qat qüdrətli varlıqlardır və onların şüuru bəşərinkindən alidir. Müqəddəs Kitabda yazılanlardan görünür ki, onlar fiziki aləmin sürət ölçülərini aşan çox iti sürətlə uçmaq qabiliyyətinə malikdirlər (Zəbur 103:20; Dənyal 9:20—23).

  • Üstün qüdrətə və şüura malik olsalar da, mələklərin də bilmədiyi şeylər var (Mətta 24:36; 1 Butrus 1:12).

  • Allah mələkləri yaradanda onlara ilahi xüsusiyyətlər və iradə azadlığı bəxş edib. Onların da bizim kimi, yaxşı əməllərlə şər əməllər arasında seçim etmək ixtiyarı var. Çox təəssüf ki, bəzi mələklər şər əməlləri seçib Yaradanlarına üsyan etdilər (Yəhuda 6).

^ abz. 8 On min dəfə on min yüz milyona bərabərdir. Müqəddəs Kitabın «Vəhy» bölməsində isə mələklərin sayı ilə bağlı «on minlərlə on minlər» rəqəmi işlənir. Bu isə mələklərin sayının yüz milyonlarla, hətta, milyardlarla olduğunu göstərir.