Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 5, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU | MƏLƏKLƏR. BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Mələklər bizə necə kömək edir?

Mələklər bizə necə kömək edir?

Allaha sadiq mələklər Onun iradəsini fəal surətdə yerinə yetirir və yerdəki bəndələrin rifahı üçün çalışırlar. Müqəddəs Kəlamın bir ayəsinə görə Allah Yer kürəsini yaradanda mələklər birgə sevinib-şadlanmış, Allaha alqış oxumuşdular (Əyyub 38:4, 7). Peyğəmbərlərin dünyanın gələcəyi ilə bağlı yazdığı ayələr mələklər üçün həmişə maraqlı olub, onlar bu sözlərin dərinliyinə varmaq istəyiblər (1 Butrus 1:11, 12).

Müqəddəs Kitabdan belə məlum olur ki, Allah-Taala bəzən mələklərini göndərib yerdəki müqəddəs qullarını hifz etmişdir (Zəbur 34:7). Növbəti hadisələrdən bunun sübutunu görmək olar.

  • Allah qədimdə çox pozğun insanların yaşadığı Sədum və Əmurə şəhərlərini dağıtmağa qərar verəndə mələklərini göndərib sadiq bəndəsi Lutu və onun ailə üzvlərini xilas etmişdi (Yaradılış 19:1, 15—26).

  • Qədim Babil dövlətinin hökmdarı Allaha sədaqətlə xidmət edən üç gənci bütə səcdə qılmadıqları üçün qızmar sobaya atdırmışdı. Müqəddəs Kitabda deyilir ki, Külli-İxtiyar mələyini göndərib bu qullarını hifz etmişdi (Dənyal 3:19—28).

  • Allahın mömin bəndəsi Dənyal peyğəmbəri şirlər quyusuna atmışdılar. O, bütün gecəni quyuda qalsa da, şirlər ona xətər yetirməmişdi, çünki Allah mələyini göndərib şirlərin ağzını bağlamışdı (Dənyal 6:16, 22).

Mələklər ta qədimdən Allahın mömin bəndələrinə kömək edir

MƏLƏKLƏR BİRİNCİ ƏSRDƏ PAK İBADƏTİ DƏSTƏKLƏYİRDİ

Allahın səmavi elçiləri pak ibadətin çiçəklənməsi üçün Onun iradəsinə uyğun olan məqamlarda yerdəki bəndələrin köməyinə gəlirdilər. Növbəti hadisələrdən bunun sübutunu görmək olar.

  • Mələk zindanın qapısını açıb həvariləri azad etmişdi ki, onlar məbəddə Allahın müjdəsini təbliğ etsinlər (Həvarilərin işləri 5:17—21).

  • Mələk Allahın yerdəki müjdəçilərindən birinə Yerusəlimdən Qəzzəyə enən yola çıxıb Yerusəlimə ibadətə gələn həbəşli bir kişiyə müjdəni təbliğ etməyi buyurmuşdu (Həvarilərin işləri 8:26—33).

  • Allah ta qədimdən başqa xalqları da pak ibadətə gətirməyi niyyət etmişdi. Bu məqam yetişəndə mələk Roma ordusunun yüzbaşısına vəhydə görünüb buyurur ki, adam göndərib həvari Butrusu evinə dəvət etsin (Həvarilərin işləri 10:3—5).

  • Həvari Butrus zindanda olanda bir mələk onun qarşısında peyda olmuş və zindanın qapısını açıb onu azad etmişdi (Həvarilərin işləri 12:1—11).

 MƏLƏKLƏR BİZƏ NECƏ KÖMƏK EDİR?

Mələklərin yuxarıdakı hadisələrdə olduğu kimi bu gün də möcüzəvi şəkildə insanlara kömək etdiyinə heç bir sübut yoxdur. Amma onlar bir işdə insanlara kömək edirlər. İsa Məsih bizim dövrə işarə edərək demişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14). Bəli, bu təbliğ işi mələklərin nəzarəti altında həyata keçir.

Mələklər müjdənin dünya üzrə təbliğində iştirak edir

Müqəddəs Kitabın «Vəhy» bölməsinə əsasən, bu mələklər bütün dünyada insanlara Allah haqqında elm almağa və cənnət barədə müjdəni eşitməyə fəal şəkildə kömək edir. Həvari Yəhya yazmışdı: «Göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə — hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı. O, ucadan deyirdi: “Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Göyü, yeri, dənizi və bulaqları yaradana təzim edin”» (Vəhy 14:6, 7). Dövrümüzdə baş verən bir çox hadisələr mələklərin Yehovanın Şahidlərinin dünya üzrə həyata keçirdiyi təbliğ işini dəstəklədiyini göstərir. Buna görə də, bir günahkar tövbə edib Yehova Allaha ibadət edəndə bu mələklər sevinir (Luka 15:10).

Bir gün bu təbliğ işi sona çatacaq. Onda Müqəddəs Kitabda Armageddon adlanan müharibə başlayacaq. Qadir Allahın böyük günündə olacaq bu müharibədə padşahlar Padşahı İsa Məsihi mələklərdən ibarət «səmavi qoşunlar» müşayiət edəcək (Vəhy 16:14—16; 19:14—16). İsa Məsih onun haqqındakı müjdəyə itaət etməyənlərdən qisas almaq üçün gəldiyi həmin gün mələklər Allahın bu insanlara çıxardığı hökmü icra edəcək (2 Salonikililərə 1:7, 8).

Əmin ola bilərsiniz ki, mələklər sizə qarşı biganə deyillər. Onlar Allaha ibadət etmək istəyən insanların rifahı üçün çalışırlar. Yehova Allah vəfalı xidmətçilərini mələkləri vasitəsilə dəfələrlə möhkəmləndirmiş və qorumuşdur (İbranilərə 1:14).

Bu gün hər birimiz seçim qarşısındayıq. Bu, ölüm-dirim məsələsidir. Siz hansı seçimi edəcəksiniz? Dünya üzrə təbliğ olunan müjdəyə hay verəcəksiniz? Bununla siz bu işi həyata keçirən qüdrətli mələklərin köməyini duyacaqsınız. Yehovanın Şahidləri məmnuniyyətlə sizə bu işdə kömək edər.