Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 5, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU | MƏLƏKLƏR. BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Mələklərin həyatımıza təsiri

Mələklərin həyatımıza təsiri

Kürasao adasında yaşayan Kenet və Filomena adlı ər-arvad bir cütlüyə Müqəddəs Kitabı * öyrədirdi. Bir bazar günü Kenetgil həmin ailəyə baş çəkməyə gedəndə onların başına maraqlı hadisə gəlir.

Kenet deyir: «Biz onların evinə yaxınlaşanda gördük ki, qapı bağlıdır və maşın həyətdə yoxdur. Amma elə bil kimsə mənə dedi ki, qadının telefonuna zəng et».

Qadın telefonu açıb dedi ki, əri evdə yoxdur, işə gedib. Amma Kenetlə Filomenanın onların evinin yanında olduğunu biləndə qapını açıb onları evə dəvət etdi.

Filomenagil qadını görən kimi başa düşdülər ki, o ağlayıb. Kenet dərsə başlamaq üçün dua edəndə qadın yenə ağladı. Onlar qadından nəyə görə ağladığını soruşdular.

O dedi ki, özünü öldürmək istəyirdi, Kenet ona zəng edəndə ərinə məktub yazırdı. Söhbət əsnasında onun depressiyadan əziyyət çəkdiyi məlum oldu. Filomenagil ona Müqəddəs Kitabdan belə vaxtlarda insana təsəlli verən ayələr oxudular. Bu ayələr, demək olar, onun həyatını xilas etdi.

Kenet deyir: «Şükürlər olsun Yehovaya ki, pərişan halda olan bu qadına kömək etmək üçün bizi onun qapısına göndərdi, bilmirəm mələyi, yaxud müqəddəs ruhu vasitəsilə bizi ona zəng etməyə təşviq etdi» *.

Görəsən, doğrudanmı, Kenet və Filomenanın düşündüyü kimi Allah onları mələk və ya müqəddəs ruh vasitəsilə həmin qadının köməyinə göndərmişdi? Yoxsa, bu, sadəcə, təsadüf idi?

Bu barədə konkret fikir demək mümkün deyil. Amma bir şey dəqiq məlumdur ki, Allah-Taala insanları haqq yola gətirmək, onlara Özünü tanıtmaq üçün mələklərini göndərir. Buna misal kimi Müqəddəs Kitabda yazılmış bir hadisəni gətirmək olar. Bir həbəşistanlı məmur Allahın Kəlamını oxuyur, amma oxuduqlarını başa düşmürdü. Allah mələyi vasitəsilə müqəddəs xidmətçilərindən birini göndərdi ki, oxuduqlarını ona başa salsın (Həvarilərin işləri 8:26—31).

Əksər dinlər gözəgörünməz varlıqların olduğunu öyrədir. Bəzi dinlərdə bu varlıqların Allahın iradəsini yerinə yetirdiyi və insanları qoruduğu fikri aşılanır. Bir çox insan isə mələklərin onlara kömək etdiyinə inanır. Amma maraqlıdır ki, mələklərin varlığına inanmayanlar da var.

Gəlin görək, doğrudanmı, mələk adlı varlıqlar mövcuddur? Onlar necə yaranıb? Müqəddəs Kitabda mələklər barədə nə yazılıb? Onların bizə hansısa təsiri varmı?

^ abz. 3 Tövrat, Zəbur, İncil.

^ abz. 8 Müqəddəs Kitaba əsasən, Allahın adı (Zəbur 83:18).