Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  yanvar 2017

 MƏSİHİ HƏYATI

«Ey Yehova, Sənə güvənirəm»

«Ey Yehova, Sənə güvənirəm»

Həm yaxşı, həm pis günümüzdə Yehova Allaha güvənməyimiz vacibdir (Zb 25:1, 2). B. e. ə. 8-ci əsrdə yəhudilərin Allaha olan imanları sınağa çəkilmişdi. Baş verənlərdən özümüzə dərs götürə bilərik (Rm 15:4). «Ey Yehova, Sənə güvənirəm» adlı tamaşaya baxandan sonra növbəti sualları cavablandırın.

  1. Hizqiyyə hansı müsibətlə üzləşmişdi?

  2. Hizqiyyə şəhərin mühasirəyə alınacağını hiss edəndə Məsəllər 22:3 ayəsinə uyğun necə davrandı?

  3. Nə üçün Hizqiyyə aşşurlulara təslim olmağı və ya Misirlə ittifaq bağlamağı ağlına belə gətirmək istəmirdi?

  4. Hizqiyyə Allaha ibadət edən insanlar üçün hansı sahədə nümunədir?

  5. Bu gün hansı vəziyyətlərdə Yehovaya etibarımız sınanır?

Hansı sahələrdə Yehovaya etibarını artırmaq istəyərdin? Həmin sahələrin siyahısını yaz.