Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti. İş dəftəri  |  yanvar 2017

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏŞİYA 34—37

Hizqiyyə imanına görə mükafat aldı

Hizqiyyə imanına görə mükafat aldı

Aşşur padşahı Sinaxerib rəbsaqı Yerusəlimə göndərdi ki, şəhərin təslim olmasını tələb etsin. Aşşurlular yəhudiləri döyüşsüz təslim olmağa təhrik etmək üçün cürbəcür səbəblər gətirdilər.

  • Tək qalacaqları ilə qorxutdular. Misir sizə kömək etməyəcək (Əş 36:6).

  • Şübhə toxumu səpdilər. Yehova sizdən narazıdır, buna görə də sizin uğrunuzda döyüşməyəcək (Əş 36:7, 10).

  • Hədələdilər. Aşşur ordusunun gücü qarşısında tab gətirə bilməzsiniz (Əş 36:8, 9).

  • Şirnikləndirdilər. Aşşurlulara təslim olsanız, güzəranınız yaxşılaşacaq (Əş 36:16, 17).

Hizqiyyənin Yehovaya imanı sarsılmaz idi

37:1, 2, 1420, 36

  • Xalqı mühasirəyə hazırlamaq üçün Hizqiyyə ağılla hərəkətə keçdi

  • O, xilas üçün Yehova Allaha dua edirdi, xalqı da bu cür davranmağa çağırırdı

  • Yehova Allah Öz mələyini göndərib bir gecənin içində Aşşur ordusunun 185 000 döyüşçüsünü məhv etməklə Hizqiyyəyə imanına görə mükafat verdi