Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ SENTYABR 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 119

«Yehovanın qanunu ilə addımlayın»

«Yehovanın qanunu ilə addımlayın»

Yehovanın qanunu ilə addımlamaq Onun rəhbərliyinə canla-başla tabe olmaq deməkdir. 119-cu məzmuru yazan məzmurçu Yehovanın qanununa əməl edir və Ona güvənirdi. Müqəddəs Kitabda bu kimi nümunələr çoxdur.

Allahın qanunu ilə addımlamaq əsl xoşbəxtliyin açarıdır

119:1—8

Yuşə Yehovanın qanunlarına tam etibar edirdi. O bilirdi ki, həyatda xoşbəxt və uğurlu olmaq üçün bütün qəlbi ilə Yehovaya güvənməlidir

Allahın Kəlamı həyatın çətinlikləri ilə mübarizə aparmaq üçün bizə cəsarət verir

119:33—40

Ərəmya həyatının çətin anlarında cəsarət göstərir və Yehovaya bel bağlayırdı. O, sadə həyat sürür və Allahdan aldığı tapşırığı yerinə yetirməyə davam edirdi

Allahın Kəlamını dəqiq bilsək, cəsarətlə təbliğ edəcəyik

119:41—48

Həvari Bulus xoş xəbəri hamıya qorxmadan təbliğ edirdi. O, vali Feliksə təbliğ edəndə Yehovanın ona kömək edəcəyinə tam əmin idi

Təbliğ etmək üçün mənə cəsarət ən çox harada lazımdır?

  • Məktəbdə

  • İşdə

  • Ailədə

  • Öz variantınız