Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ SENTYABR 2016

 MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Maraqlanan insanları yığıncağa gəlməyə təşviq et

Xidmətdə püxtələşək. Maraqlanan insanları yığıncağa gəlməyə təşviq et

NƏ ÜÇÜN VACİBDİR? Yığıncaq görüşlərində Yehova Allahın şəninə nəğmə oxumaq və Onu mədh etmək imkanımız olur (Zb 149:1). Orada biz Allahın iradəsini yerinə yetirməyi öyrənirik (Zb 143:10). Adətən, maraqlananlar və Müqəddəs Kitabı öyrənənlər yığıncağa gəlməyə başlayandan sonra inkişaf edirlər.

NECƏ ETMƏLİ?

  • İnsanı yığıncağa nə qədər tez dəvət etsək, o qədər yaxşıdır. Onunla müntəzəm dərs keçəcəyimiz vaxtı gözləmək lazım deyil (Vh 22:17).

  • Maraqlanan insana yığıncaqda nələrin olacağını, həmin gün nə müzakirə olunacağını izah et. Bunun üçün dəvətnamə vermək, «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstərmək və ya «Yehova Allahın müasir xalqı» broşüründən 57-ci dərsləri müzakirə etmək olar.

  • Köməyini təklif et. Onunla birlikdə yığıncağa getməyi, yaxud münasib geyim seçimində köməyini təklif edə bilərsən? Yığıncaqda yanında otur və nəşrləri elə tut ki, o da baxsın. Onu bacı-qardaşlarla tanış et.