Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ SENTYABR 2016

 MƏSİHİ HƏYATI

Müqəddəs Kitab dərsi keçəndə bu səhvlərə yol verməyin

Müqəddəs Kitab dərsi keçəndə bu səhvlərə yol verməyin
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

Çox danışma. Düşünmə ki, hər şeyi sən izah etməlisən. İsa peyğəmbər insanların düşünüb düzgün nəticəyə gəlmələri üçün suallar verirdi (Mt 17:24—27). Suallar sayəsində dərs daha maraqlı keçir və şagirdin nəyi başa düşdüyünü, nəyə inandığını anlamaq mümkün olur (be s. 253, abz. 3, 4). Sual verəndə səbirli olub cavabı gözləmək lazımdır. Şagird səhv cavab verəndə düzgün cavabı deməyə tələsmə. Düzgün qənaətə gəlməsi üçün əlavə suallar ver (be s. 238, abz. 1, 2). Məlumatı elə templə təqdim et ki, şagird yeni məlumatı qavraya bilsin (be s. 230, abz. 4).

Qəlizləşdirmə. Keçdiyiniz dərslə bağlı bildiklərinin hamısını danışmağa lüzum yoxdur (Yh 16:12). Diqqəti abzasın əsas fikrinə yönəlt (be s. 226, abz. 4, 5). Hətta ən maraqlı təfərrüatlar belə, insanı əsas fikirdən yayındıra bilər (be s. 235, abz. 3). Şagird əsas fikri başa düşdüsə, növbəti abzasa keç.

Sadəcə məlumatı çatdırmaq kifayət deyil. Məqsədimiz sadəcə dərsi keçmək deyil, biz insanın ürəyinə yol tapmağa çalışmalıyıq (Lk 24:32). Diqqəti dərsdəki əsas ayələrə cəmləməklə Allahın Kəlamının gücünün fəaliyyət göstərməsinə yol ver (2Kr 10:4; İb 4:12; be s. 144, abz. 1—3). Sadə nümunələr çək (bes. 245, abz. 2—4). Şagirdin imanını, üzləşdiyi çətinlikləri nəzərə al, dərsi onun vəziyyətinə uyğunlaşdır. Belə suallar ver: «Sən bu barədə nə düşünürsən? Buradan Yehova haqda nə öyrəndin? Bu məsləhətə əməl etməyin hansı faydası ola bilər?» (be s. 238, abz. 3—5; s. 259, abz. 1).