Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ OKTYABR 2016

 MƏSİHİ HƏYATI

Xidmətdə JW.ORG saytının vizit kartlarından istifadə edirsiniz?

Xidmətdə JW.ORG saytının vizit kartlarından istifadə edirsiniz?

Böyük müsibət sürətlə yaxınlaşdığı üçün təbliğ işini təxirə salmaq olmaz (Ms 24:11, 12, 20). İnsanlara müjdəni çatdırmaq üçün JW.ORG saytının vizit kartlarından istifadə edərək onların diqqətini Allahın Kəlamına və sayta yönəldə bilərik. Kartın üzərindəki QR kod insanı «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya yönəldir, həmin səhifədə həmçinin ziyarətçiyə əlavə məlumat almaq və Müqəddəs Kitab dərsi təklif olunur. Bəzi insanlar bizim ədəbiyyatları oxumağa həvəsli olmasalar da, saytımıza daxil olmağa etiraz etmirlər. Odur ki, bu cür insanlara vizit kartları təklif edin. Amma kartları maraq göstərməyən insanlara vermək lazım deyil.

Gündəlik işlərlə məşğul olanda vizit kartı təklif etmək üçün belə demək olar: «Bu vizit kartı sizə vermək istəyirəm. Burada göstərilən saytda müxtəlif mövzulara həsr olunmuş məlumat və videolar yerləşir. Saytdakı bütün məlumatları pulsuz əldə edə bilərsiniz» (Yh 4:7). Bu kartlar kiçik ölçüdə olduğu üçün həmişə üstünüzdə bir neçə ədəd götürə və imkan yarananda insanlara təklif edə bilərsiniz.