Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ OKTYABR 2016

 MƏSİHİ HƏYATI

Yaxşı şərhlər hazırlayın

Yaxşı şərhlər hazırlayın

Yaxşı şərhlər bacı-qardaşları ruhlandırır (Rm 14:19). Şərhlərin şərh verənin özünə də böyük faydası var (Ms 15:23, 28). Buna görə də çalışmalıyıq ki, görüşdə heç olmasa bir dəfə şərh verək. Təbii ki, hər dəfə əlimizi qaldıranda bizdən soruşmayacaqlar. Bu səbəbdən bir neçə şərh hazırlasaq, yaxşı olar.

Yaxşı şərh...

  • sadə, aydın və qısa olmalıdır, mümkün qədər 30 saniyəni aşmamalıdır

  • ürəkdən gəlməlidir, əzbərlənmiş olmamalıdır

  • artıq söylənmiş fikrin təkrarı olmamalıdır

İlk şərhi siz verirsinizsə,..

  • sadə və konkret cavab verin

Suala cavab verilibsə,..

  • gətirilən ayənin müzakirə olunan sualla bağlılığını göstərin

  • müzakirə olunan sualın həyatımıza hansı aidiyyəti olduğunu qeyd edin

  • bu məlumatdan necə istifadə etməyi göstərin

  • əsas fikri vurğulayan qısa hadisə danışın