Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  oktyabr 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏSƏLLƏR 12—16

Hikmət qızıldan yaxşıdır

Hikmət qızıldan yaxşıdır
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

Nəyə görə ilahi hikmət bu qədər dəyərlidir? Hikmət insanı pis yoldan saxlayır və həyatını hifz edir. Onun xasiyyətinə, nitqinə və davranışına müsbət təsir edir.

Hikmət insanı qürurlu olmağa qoymur

16:18, 19

  • Hikmətli insan dərk edir ki, Yehova hikmətin mənbəyidir

  • Həyatda uğur qazanan insanlar və məsul şəxslər xüsusilə diqqətli olmalıdırlar ki, ürəklərində qürur və təkəbbür yaranmasın

Hikmətli insanın dili məlhəm olar

16:21—24

  • Hikmətli insan başqalarında yaxşı xüsusiyyətlər axtarır və onlarla şirin danışır

  • Hikmətli insanın sözləri ətrafdakılara qol-qanad verər və acı zəhər kimi yox, bal kimi olar