Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti. İş dəftəri  |  noyabr 2016

 MƏSİHİ HƏYATI

«Əri.. şəhər darvazasında yaxşı tanınar»

«Əri.. şəhər darvazasında yaxşı tanınar»

Yaxşı arvad ərinə yaxşı təsir edir. Padşah Ləmuilin günlərində yaxşı qadının əri «şəhər darvazasında» yaxşı tanınırdı (Ms 31:23). Bu gün isə hörmət qazanmış kişilər ağsaqqal və yığıncaq xidmətçisi kimi xidmət edirlər. Əgər ailəlidirlərsə, onların bu məsuliyyətlərini yerinə yetirmələri, əsasən, arvadlarının nümunəvi davranışından və dəstəyindən asılıdır (1Tm 3:4, 11). Bu cür qadınlar təkcə ərləri üçün yox, bütün yığıncaq üçün qiymətlidirlər.

Yaxşı qadın növbəti üsullarla ərinə dayaq olur:

  • xoş sözləri ilə ona qol-qanad verir (Ms 31:26);

  • onun yığıncağa, ruhani işlərə vaxt ayırmasına etiraz etmir (1Sk 2:7, 8);

  • malpərəst deyil (1Tm 6:8);

  • yığıncağa aid məxfi şeyləri soruşmur (1Tm 2:11, 12; 1Bt 4:15).