Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ MAY 2016

 MƏSİHİ HƏYATI

«JW Library» proqramından istifadə edirsiniz?

«JW Library» proqramından istifadə edirsiniz?

«JW Library» pulsuz proqramdır. Bu proqramın vasitəsilə siz Müqəddəs kitabı, digər nəşrləri, video və audio proqramları öz telefonunuza, planşetinizə və ya kompüterinizə yükləyə bilərsiniz.

NECƏ YÜKLƏMƏK OLAR? İnternetə qoşulun və proqramlar mağazasından «JW Library» proqramını cihazınıza yükləyin. Bu proqram müxtəlif platformalı cihazlar üçün əlçatandır. İnternetə qoşulu olarkən proqramı açın və istədiyiniz şeyi cihaza yükləyin. Əgər evdə İnternetə qoşula bilmirsinizsə, ibadət evində, kitabxanalarda və ya kafedə İnternetə qoşulmaq olar. Nəşrləri cihazınıza yükləyəndən sonra onları açmaq üçün İnternetə qoşulmağa ehtiyac yoxdur. «JW Library» proqramında müntəzəm olaraq yenilənmələr olduğuna görə vaxtaşırı İnternetə daxil olun və yenilənmələri yükləyin.

NƏYƏ GÖRƏ LAZIMDIR? «JW Library» proqramı vasitəsilə şəxsi mütaliə ilə məşğul olmaq, yığıncaqda istifadə olunacaq nəşrlərə planşetdə baxmaq rahatdır. Bu proqram xidmət üçün çox əlverişlidir, xüsusilə də, qeyri-rəsmi şahidlik zamanı adamın əlindən tutur.