Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ MAY 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 11—18

Yehovanın çadırında kim mehman ola bilər?

Yehovanın çadırında kim mehman ola bilər?

Yehovanın çadırında mehman olmaq o deməkdir ki, insan Yehovanın dostudur, Ona etibar edir və tabe olur. 15-ci məzmurda göstərilir ki, Yehova Öz dostunda hansı keyfiyyətləri görmək istəyir.

YEHOVANIN ÇADIRINDA MEHMAN OLAN...

  • kamillik yolu ilə getməlidir

  • hətta ürəyində də həqiqəti danışmalıdır

  • Yehovaya xidmət edənlərə hörmət etməlidir

  • hətta çətin olsa belə, verdiyi sözə əməl etməlidir

  • qarşılıq gözləmədən kömək əlini uzatmalıdır

YEHOVANIN ÇADIRINDA MEHMAN OLAN...

  • qeybət etməməlidir, heç kimə böhtan atmamalıdır

  • başqasına pislik etməməlidir

  • dindaşlarından öz mənfəəti üçün istifadə etməməlidir

  • Yehovaya xidmət etməyən, Ona tabe olmayan adamlarla oturub-durmamalıdır

  • rüşvət almamalıdır