Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ MART 2016

 SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

Xidmətdə püxtələşək. Öz təqdimənizi hazırlayın

Xidmətdə püxtələşək. Öz təqdimənizi hazırlayın
GÖRÜNÜŞÜ
Şəkil
Mətn

NƏ ÜÇÜN VACİBDİR? İş dəftərində nümunə üçün verilən təqdimələrdə yaxşı ideyalar olsa da, bunlar sadəcə plandır. Təqdiməni öz sözlərinizlə demək lazımdır. Ola bilsin, siz başqa təqdimə etmək istəyəcəksiniz, yaxud da başqa mövzunun ərazinizə daha çox uyğun olduğunu düşünəcəksiniz. Belə olan halda, jurnalı oxuyandan, nümunə üçün təqdimələri nəzərdən keçirəndən və təqdimələrin videosuna baxandan sonra öz təqdimənizi hazırlaya bilərsiniz. Növbəti məsləhətlərin sizə köməyi dəyə bilər.

NECƏ ETMƏLİ?

Özünüzdən soruşun: «Nümunə üçün olan təqdimədən istifadə etmək istəyirəm?»

BƏLİ

  • Giriş sözlərini hazırlayın. Salamlaşandan sonra qısaca gəlişinizin məqsədini bildirin. (Məsələn: «Mən bura gəlmişəm ki,..»)

  • Sualdan ayəyə, ayədən nəşrə necə keçid edəcəyinizi düşünün. (Məsələn, ayəni təqdim etmək üçün demək olar: «Bu sualın cavabını buradan tapmaq olar...»)

XEYR

  • Jurnaldan sizə maraqlı gələn və sahənizdəki insanlarda maraq doğuracaq mövzu seçin

  • İnsanın fikrini öyrənmək üçün sual hazırlayın. Sual elə olmalıdır ki, həmsöhbətinizi düşündürsün, onu söhbətə cəlb etsin, amma pis vəziyyətdə qoymasın. (Məsələn, jurnalın 2-ci səhifəsindəki suallardan istifadə etmək olar.)

  • Oxumaq üçün ayə seçin. (Əgər «Oyanın!» jurnalından danışacaqsınızsa, ayə oxumaq da olar, oxumamaq da. Çünki jurnal Müqəddəs Kitabdan çox az xəbəri olan və ya dinlə əlaqəsi olmayan insanlar üçün nəzərdə tutulub.)

  • Bir və ya iki cümlə ilə məqaləni oxumağın faydasını necə izah edəcəyinizi fikirləşin

HƏR İKİ HALDA

  • Təkrar söhbət etmək üçün sual hazırlayın

  • Gələn dəfə nə barədə danışacağınızı yadda saxlamaq üçün qeydlər aparın