Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ MART 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏSTƏR 6—10

Əstər Yehova və Onun xalqı uğrunda fədakarlıq etdi

Əstər Yehova və Onun xalqı uğrunda fədakarlıq etdi
GÖRÜNÜŞÜ
Şəkil
Mətn

Əstər Yehovanı və Onun xalqını cəsarətlə və fədakarcasına müdafiə etdi

8:3—5, 9

  • Əstər və Mərdəhayı heç bir təhlükə gözləmirdi. Ancaq Həmanın şaha imzalatdırdığı fərmana əsasən, imperiyanın hər yerində yaşayan yəhudilər məhv ediləcəkdi

  • Əstər yenə də həyatını təhlükəyə ataraq çağırılmadan şahın hüzuruna getdi. O, ağlaya-ağlaya şahdan xahiş etdi ki, xalqı ilə bağlı verilən dəhşətli fərmanı ləğv etsin

  • Şahın adı ilə qəbul edilən qanun ləğv edilə bilməzdi. Buna görə də şah Əstər və Mərdəhaya yeni qanun verməyə səlahiyyət verdi

Yehova xalqına böyük zəfər qazandırdı

8:10—14, 17

  • İkinci fərman car çəkildi, yəhudilərə canlarını qorumaq ixtiyarı verildi

  • İmperiyanın hər tərəfinə qasidlər göndərdilər, yəhudilər döyüşə hazırlaşdılar

  • Çoxları Allahın yəhudilərlə olduğunu gördü və yəhudi prozeliti oldu