Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ MART 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 6—10

Mömin Əyyub fəryad edir

Mömin Əyyub fəryad edir

Əyyubun mal-mülkü talan olub, övladları həlak olub, özü isə ağır xəstəliyə mübtəla olub. Buna baxmayaraq, o, Allaha sadiq qalıb. Buna görə də Şeytan onu ruhdan salmaq istəyir ki, o, Allahı dansın. Əyyubun üç dostu gəlir. Əvvəlcə, onlar özlərini elə göstərirlər ki, guya onun halına yanırlar. Sonra yeddi gün səssiz-səmirsiz Əyyubun yanında otururlar, ona təsəlli vermək üçün ağızlarını açıb bir kəlmə də olsun demirlər. Sonra isə onu qınamağa, günahlandırmağa başlayırlar.

Əyyub dostlarının onu qınaq və töhmət sahibi etməsinə baxmayaraq, Yehovaya sadiq qaldı

6:3; 7:16; 9:20—22; 10:1, 12

  • Əyyub dərdinin şiddətindən yanlış nəticəyə gəlmişdi. Düşünürdü ki, onun sadiq qalması heç Allahın vecinə də deyil

  • O elə ruhdan düşmüşdü ki, əzablarının səbəbini başqa şeydə axtarmağı ağlına gətirmirdi

  • Çəkdiyi sitəmlərə baxmayaraq, Əyyub onu günahlandıran yoldaşlarına Allaha sevgisindən danışırdı