Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  mart 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 1—5

Əyyub sınaq vaxtı da kamil qaldı

Əyyub sınaq vaxtı da kamil qaldı

İsraillilər Misirdə köləlikdə olarkən Uz diyarında Əyyub adlı bir kişi yaşayırdı. O, israilli olmasa da, Yehovaya ibadət edirdi. Varlı-hallı adam olan Əyyubun böyük ailəsi var idi. O, böyük nüfuz sahibi idi. Camaat onun yanına məsləhətə gəlirdi. O, haqqı nahaqqa satmayan el ağsaqqalı idi, həmişə kasıb-kusuba əl tuturdu. Əyyub kamil insan idi.

Əyyub aydın şəkildə göstərdi ki, Yehova onun həyatında ən vacib Varlıqdır

1:8—11, 22; 2:2—5

  • Şeytan Əyyubun kamilliyindən agah idi. O, Əyyubun Yehovaya itaət etdiyini inkar etmədi, bunu təmiz niyyətlə etmədiyini iddia etdi

  • Şeytan Əyyubun öz mənfəətini güddüyü üçün Yehovaya ibadət etdiyini dedi

  • Şeytanın ittihamlarına cavab vermək üçün Yehova ona həmin mömin insanı sınağa çəkməyə izin verdi. Şeytan Əyyubun bütün həyatını alt-üst etdi

  • Əyyub kamilliyini qoruyanda Şeytan bütün insanların nöqsansızlığını şübhə altına aldı

  • Əyyub nə günah etdi, nə də Allahı ittiham etdi